"Qənirə Paşayevanın ölümü müəmmalıdır, burada kriminal səbəb araşdırılmalıdır..."
Belə bir fikirləri tanınmış həkim, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Anesteziologiya, Reanimasiya, İntensiv terapiya şöbəsinin müdiri Şahin Məmmədov söyləyib. Şahin Məmmədov deyib: "...Xəbərlərdə oxuduğuma görə klinikaya daxil olarkən onda həm hipotenziya, həm bradikardiya var imiş. Bu arıqlatma dərmanları ilə əlaqəli ola bilməz. Əgər arıqlatma dərmanları ilə əlaqəli hipovolemik şok olsaydı, hipotenziya taxikardiya ilə birlikdə olardı və həkimlər tərəfindən tez bir zamanda, asanlıqla itirilən maye bərpa olunardı. Və ya arıqlatma dərmanlarının yan təsiri - hipoglikemik koma yaransa, hansı ki, bu praktik olaraq real deyil, və + MKX kimi yerdə hipoglikemiyadan ölüm mümkün deyildi. Xəbərlərdə yazılan kimi, Qənirə xanım klinikaya gətiriləndə əgər vital göstəricilər o cür idisə, daha çox betta blokator, kalsium kanal blokatorları, ürək glikozidlərinin yüksək dozası və ya bu dərmanlar kimi effekt verə bilən toksik maddə ilə zəhərlənmə əlamətlərinə uyğun gəlirdi... Ona görə də Qənirə Paşayevanın ölümü müəmmalıdır, burada kriminal səbəb araşdırılmalıdır...".
Həkimin söylədikləri həqiqətən də həm tibbi, həm də məntiqi mahiyyətlə düşündükdə olduqca düşündürücüdür. Amma sual olunur: onun ölümünə səbəb olan hallar qəsdən törədilib, yoxsa həkim naşılığından???
A.Məmmədli
qenire_640
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN