"ABŞ Dövlət Departamenti “Türkiyənin xarici siyasətində xalq diplomatiyasının rolu” adlı konfransda Azərbaycan və Türkiyə nümayəndələrinə qarşı insidenti təhqiq etmək üçün Los-Anceles Polis İdarəsi ilə birlikdə işləyir"

Tezadlar.az TRT- haber-ə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət Departamenti "Trt- haber"in erməni radikallarının Kaliforniya ştatının Los-Anceles şəhərindəki təxribatı ilə bağlı sorğusuna cavab olaraq bildirib. “Sentyabrın 29-da Cənubi Kaliforniya Universitetinin təşkil etdiyi tədbirdə Türkiyə səfirinin də iştirakçısı olduğu insidentlə bağlı hesabatlardan xəbərdarıq. Biz diplomatların təhlükəsizliyinə dair qəti öhdəliyimizi bir daha bəyan edirik və diplomatiya aparan şəxslərin təhlükəsizliyini qorumaq üçün bütün lazımi addımları atmağa davam edəcəyik”, - xarici siyasət idarəsi telekanala açıqlayıb.

Xatırladaq ki, sentyabrın 29-da radikal erməni diasporunun üzvləri ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərindəki Cənubi Kaliforniya ştatında keçirilən “Türkiyənin xarici siyasətində xalq diplomatiyasının rolu” adlı konfransına basqın edərək nifrət nitqləri söyləyib, təhqiramiz ifadələr işlədiblər. Tədbirdə azərbaycanlı və türkiyəli yüksəkranqlı diplomatlar olublar.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN