Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu ratifikasiyasına səs verdi.

"60 deputat ratifikasiyanın lehinə, 20 deputat əleyhinə səs verib. Qərar qəbul edilib", - deyə Ermənistan parlamentininin spikeri Alen Simonyan bildirib.

Məsələnin müzakirəsini boykot edən müxalif “Ermənistan” və “Mənim şərəfim” fraksiyaları iclas otağına qayıdıb və əleyhinə səs veriblər. Onlar qeyd ediblər ki, bu sənədin qəbul edilməsinin Ermənistanın maraqları ilə heç bir əlaqəsi yoxdur və geosiyasi məqsədlər güdür. Bundan əvvəl onlar bəyanat yayaraq hakimiyyətin bu sənədi ratifikasiya etmək qərarını pisləyiblər və qeyd ediblər ki, Ermənistan hakimiyyəti bu addımı ilə onların Rusiya ilə müttəfiqlik münasibətlərini qəsdən təhlükə altına alıb və bu, ölkə üçün ağır nəticələrlə doludur.

Qeyd edək ki, bir neçə gün öncə İrəvanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeqişe Kirakosyan "Biz Rusiya Federasiyasına ikitərəfli saziş bağlamağı təklif etmişik ki, Roma Əsasnaməsi Ermənistan tərəfindən ratifikasiya olunarsa, Rusiyanın qorxuları dəf edilsin” açıqlamasını vermişdi. 

Xatırladaq ki, sentyabrın əvvəlində isə Moskva İrəvandan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsinin Ermənistan parlamenti tərəfindən ratifikasiyası ilə bağlı məsələyə aydınlıq gətirməsini istəmişdi.

Bəs Ermənistnın Roma statutuna qoşulmasında Rusiyanı narahat edən amil nədir?

Belə ki, BCM Rusiya Prezidenti Vladimir Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh olmaqda ittiham edərək həbsinə order verib və əgər Putin Ermənistana səfər edərsə, Roma Statutuna əsasən, bu ölkədə həbs olunmalıdır.

Bu isə o deməkdir ki, Putin heç bir zaman Ermənistana səfər etməməlidir. Və beləliklə, İrəvan son qərarı ilə Moskvayla bütün körpüləri bilərəkdən yandırmış oldu...  

Lakin onu da əlavə edək ki, Ermənistan tərəf bu qərarın Azərbaycan əleyhinə olduğunu bəyan edib.

Belə ki, TASS-ın məlumatına görə, Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan vurğulayıb ki, Roma Statununu ratifikasiyası, guya Ermənistan ərazisində (?) hərbi cinayətlər törətmiş azərbaycanlı hərbi qulluqçulara qarşı yönəlib. Çox maraqlıdır ki, Kirakosyan söhbətin hansı "Ermənistan əraziləri"ndən getdiyini və hansı "cinayətlər" olduğunu açıqlamayıb... 

Ermənistanın yalan maşını həmişəki kimi üyüdüb tökməkdə davam edir... 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN