Tbilisinin Maxata dağı adlanan ərazisində salınmış şəhərcikdə, hərbçilərə yeni mənzillər təqdim edilib.

Tezadlar.az Gürcüstan KİV- lərinə istinadla bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, mənzillərin təhvil verilməsi mərasimində baş nazir İrakli Qaribaşvili, müdafiə naziri Cuanşer Burculadze, Müdafiə Qüvvələrinin hərbi qulluqçuları və onların ailə üzvləri iştirak ediblər. Hərbçilər üçün 1092 mənzilli 7 mərtəbədən ibarət 39 bina tikilib. Hərbçilər mötədillik prinsipi nəzərə alınmaqla 50 m2 (2-3 nəfərdən ibarət ailə), 80 m2 (4 nəfərdən ibarət ailə) və 110 m2 (5 və daha çox nəfərdən ibarət ailə) yaşayış sahəsini güzəştli şərtlərlə ala biliblər. Hərbçilər hər kvadratmetr üçün təxminən 100 dollar ödəməli olublar. Bu məbləği ödəmək üçün hərbçilərin bank zəmanətindən deyil, faizsiz daxili taksitlərdən istifadə etmək imkanı verilib. Nazirliyin məlumatına görə layihə davamlı olacaq. Bu məqsədlə Müdafiə Məcəlləsinə dəyişikliklər edilib ki, bunun nəticəsində mayor və zabitlər, baş çavuşlar və çavuşlar mənzil ala biləcəklər

XXX 

Xatırladaq ki, Azərbaycanda müharibə iştirakçılarına və hərbçi ailələrinə xüsusi diqqət var. Bu barədə prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı vardır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN