Nəhayət, Qarabağda müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin daha bir müşahidə məntəqəsi ləğv edilib...

Tezadlar.az xatırladır  ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Hansı ki, az əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, artıq Rusiya sülhməramlılarının bir sıra stasionar və müvəqqəti müşahidə postları yığışdırılıb. Sülhməramlılara aid prinsipial məsələlər Bakı ilə müzakirə olunur.

 2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatına əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.

XXX 

Onu da deyək ki, Rusiya sülhməramlıların Qarabağda yerləşdirilməsində məqsəd bölgədə erməni terrorçularının qanunsuz əməllərinin qarşısını almaq və sülh yaratmaq idi... Lakin ötən 3 ildə nəinki bu sülh yaranırdı, əksinə ermənilərin təxribatları və terror əməllərinin sayı artırdı. Beləliklə, Azərbaycanın siyasi- hərbi rəhbərliyi bu missiyanı öz üzərinə götürdü və 2023- cü ilin sentyabrın 19- da həyata keçirilən Anti- terror əməliyyatı nəinki uzun illərdir olmayan sülhü bərqərar etdi, üstəlikş terror yuvası olan qondarma ""Artsax respublikası" tarixin arxivinə göndərildi... Artıq Qarabağın bütün ərazilərində Azərbaycanın tam və qəti suverenliyi bərpa edilib, Xankəndi və ətraf rayonların hamısında, hansı ki, uzun illər edrmənilərin işğalı altında idi, artıq bu yurd yerlərimizdə Azərbaycan bayrağı dalğalanır...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN