Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Masazır qəsəbəsində yerləşən məzun evindən "Təzadlar"a göndərilən dəvət ürəyimizcə olmadı...

Adı çəkilən binanın sakinləri (uşaq evində böyüyən və əlilliyi olan şəxslərə verilən ev) sabah saat 11-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi önundə aksiya keçirəcək.  Dəvətdə belə də yazılır: "...Səbəb odur ki, uzun müddətdir binada lift işləmədiyidən əlilliyi olan, əlil arabasında olan insanlar küçəyə çıxa bilmir. Binada kanalizasiya və işıq problemi var. Dəfələrlə olunan şikayətlərə işə baxan yoxdur. Aksiya ilə bağlı məlumat almaq istəyən +994 50 597 17 75 əlaqə saxlaya bilər...".

Biz bilirik bu narahatlıq doğuran məsələ qısa vaxtda həll ediləcək... Amma niyə aksiya keçirəndən sonra??? Məlumatda da yazılır ki, binanın problemli sakinləri dəfələrlə bu adi problemlə bağlı nazirliyə yazıb-deyiblər... Bəs niyə məsul şəxslər bu məsələni Qarabağ probleminə döndəriblər???

İnanaq ki, problem aksiyaya qədər həllini tapacaq... Cənablar, xəbərdə telefon nömrəsi də qoyulub, buyurub zəng edərək aydınlaşdırın! 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN