Türkoloq alim, İstanbul Mərmərə universtitetinin müəllimi Arif Acaloğlu Milli Elmlər Akademiyasının dəvəti ilə konfransda iştirak üçün Bakıya gəlmişdi.

Amma əcəl onu tanınmış bir həkimin avtomobili ilə üz-üzə gətirdi. Sadəcə, qəza! Amma bu qəza niyə iki tanınmışın başına gəldi?

 «Təzadlar» xatırladır ki, dünən Bakıda yol qəzasında həyatını itirən alimi ölkənin tanınan həkimlərindən olan, Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun idarə etdiyi avtomobil vurub. Nəticədə tanınmış türkoloq alim, İstanbul Mərmərə Universitetinin müəllimi Arif Acaloğlu hadisədən sonra dünyasını dəyişib.

 Bəli, çox təəssüf. Hadisənin detalları barədə isə hələki rəsmi məlumat yoxdur. Amma bildiyimiz bircə şey var: Bakı yollarında nə baş verir? Niyə sürücülər psixoz halları yaşayırlar? Təsəvvür edin, sürücü və sərnişinlər səhər-axşam saatlarla tıxacda gərgin anlar yaşayır. Evindən çıxan iş yaradıcılığı, qazanc barədə deyil, tıxaclardan necə qurtulmaq haqqında düşünür… Bir tərəfdən də yol polislərinin cərimə ovu… Saatlarla tıxacda vaxt və benzin yandıran sürücülərin halına yanan yox, onların gözü və diqqəti isə yolda olmur, diqqəti yol polisinin harda dayanıb-gizlənib cərimə ovuna çıxmasında olur. Hamını sürücünün itirdiyi saatlar  deyil, sürət həddini 1 km-saat sürətlə aşmaya görə cərimələr düşündürür… Adam niyə də yollarda başını itirməsin… Hər il bu cərimələr arta-arta gedir: 2017-ci ildə 73,73 milyon manat, 2018-də  85,6 milyon, 2019-da 119,5 milyon, 2020-də  118,2 milyon, 2021-ci ildə 128,9 milyon, 2022-ci ildə isə 136 milyon 522 min manat cərimə! Bunları «prostoy» sürücülər-hər gün çörəyə çıxan və saatlarla tıxacda qalıb vaxtını və benzinini, əsəbini yandıran sürücərin ödədiyidir!

Allah alimimizə rəhmət, qəza törədən həkimə isə səbr versin!

SƏBUHİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN