Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti Bakıda səhər saatlarında İsrail səfirliyinə hücum təşkil etməyi planlaşdıran silahlı şəxsi saxlayıb. Bu barədə The Jerusalem Post məlumat yayıb.
Nəşr bildirib ki, Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti həmin şəxsi səfirlik binası yaxınlığında həbs edib. O, səfirliyin əməkdaşlarına zərər verməyi planlaşdırırmış.

Qeyd edək ki, bundan əvvəl hücuma hazırlaşan şəxsin M.H.Hüseyinzadə olduğu bildirilmişdi...  Uzun müddət gizli müşahidələr aparmış həmin şəxs 2023-cü ilin noyabr ayında xarici dövlətin Azərbaycandakı diplomatik nümayəndəliyinin Bakı şəhərində olan inzibati binasına silahlanmış vəziyyətdə terror aktı törətmək üçün soxulmağa cəhd edərkən DTX əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılaraq tərksilah edilib.

Bu, həftə ərzində İsrailin xaricdəki səfirliyi ilə bağlı ikinci təhlükəsizlik vəziyyətidir. İsrailin Tokiodakı səfirliyinin girişi yaxınlığında da 50 yaşlı kişi hadisə yerində saxlanılıb.
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN