"Fransa öz müstəmləkəçilik tarixindən üzr istəməlidir".

Tezadlar.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə həyata keçirilən "Dekolonizasiya: Qadınların Gücləndirilməsi və İnkişafı" mövzusunda konfransın iştirakçılarına müraciətində yer alıb. Dövlət başçısı qeyd edib ki, Fransa digər ölkələrdə etnik təmizləmə siyasəti həyata keçirir: "Bu görüş bir daha sübut edir ki, müstəmləkəçiliyə qarşı mübarizə çox vacibdir. Qadınların kolonizasiyaya qarşı mübarizəsi dəstəklənməlidir. İnanıram ki, bu müzakirələr kolonializmə qarşı mübarizəmizi daha da dəstəkləyəcək".

Xatırladırıq ki, bu gün Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda konfrans keçirilir. Tədbir Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutur. Konfransda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, rəsmi şəxslər, xarici qonaqlar və ekspertlər iştirak edirlər.

ELŞAD 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN