Azərbaycanın xalq yazıçısı, hüquq elmləri doktoru, AYB-nin birinci katibi Çingiz Abdullayev əsərlərini “zir-zibi” adlandıran ATV televiziyasının aparıcısı və ATV ilə bağlı paylşım edib – onları Allaha həvalə edib...

O, sosial şəbəkə hesabında etdiyi paylaşımda ünvanına deyilmiş ifadələrlə, təkcə onun deyil, məşhur müharibə qəhrəmanlarımızın da ruhunun incidildiyini qeyd edib:

 “ATV kanalının rəhbərliyi məni yox, həlak olan şəhidlərin, general Polad Həşimovun xatirəsini təhqir edirlər. Polad Həşimov mənim oxucum olub. Ceyhun Şalıyev mənim kitablarımı oxuyub, toplayıb. Füzuliyə ilk girənlərdən biri olub. Onun atası məni oğlunun ölümünün bir illiyinə dəvət elədi və mənim xeyli kitabımın onların evində olduğunu söylədi. Başqa bir şəhidimiz – ingilis dilində təhsil alan Rüfət Əhmədzadənin anası onun axırıncı məktubunu mənə bağışladı. Şəhidlərdən biri Bakıya gəlməzdən əvvəl çamadanını mənim kitablarımla doldurub. Bu haqda onun anası danışıb. Belə çıxır ki, onlar hamısı “zir-zibil” oxuyub, öz vətənləri uğrunda ölümə gediblər. Axı mən nə deyim? Sizi Allaha həvalə edirəm. Sizin bu dünyada cəzanız yoxdur! Siz məni deyil, yüzlərlə şəhidin xatirəsini və oxucularımı təhqir etdiniz!”, -deyə yazıçı vurğulayıb.

Xəbər verdiyimiz kimi, bir müddət öncə "ATV" telekanalının efirində yayımlanan “Xəbərin olsun” verilişinin aparıcısı Kubra Məhərrəmova Çingiz Abdullayevin əsərlərini “zir-zibil” adlandırıb.

Yazıçı aparıcını məhkəməyə verəcəyini bildirmişdi, lakin məlumatlara görə, ona edilmiş xahişlərdən sonra Çingiz Abdullayev bu fikrindən vaz keçib.

Qeyd edək ki, Çingiz Abdullayev yeganə azərbaycanlı yazıçıdır ki, rus dilində psixoloji və siyasi detektiv janrında əsərlər yazır. Yazıçının əsərləri 32 dilə tərcümə olunub, 200-dən artıq kitab yazıb, 30 milyon nüsxə kitabı satılıb. Əsərləri əsasında 10 film çəkilib.  

Dünyada ən yaxşı detektiv əsər yazan 12 yazıçıdan biri Çingiz Abdullayevdir.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN