...Həkimin şeir yazmağı, toyda mahnı oxumağı təbiidir... Amma peşəsi toyda mahnı oxumaq olanın həkimlik etməyi, yaxud tibb müəssisəsinə rəhbərliyi təbii görünə bilməz.
Qısası, Tovuzda belə bir halın baş verdiyi barədə sosial mediada paylaşıma rast gəldik. Fb istifadəçi Arifə Əliyeva bu barədə yazıb. Sitat: "...Əldə etdiyim məlumata görə  bu xanım Tovuzun Təbibinə müavin təyin olunub. TOVUZLULAR onu müğənni kimi yaxşı tanıyır. Toy tutanda toya gedir, arada da vətəndaşların səhəti ilə maraqlanır.  Və sonunvu toyu üç gün əvvəl oxuyub.  Tovuzun TƏBİB- nə müavin təyin olunan toy müğənnisi zəng etmişdi. Dedi, yaxşı edib oxuyuram, sənə nə dəxlisi. Dedim "HEŞZAD",  vəzifənin məsuliyyətini dərk etmədinsə, günah sənin deyil. Səni ora təyin edənindir.... TƏBİB də belə bir təyinatın olmadığını deyirdi. Nə oldu bəs, həmin səsi yayım?".
Həqiqətən də inanmağımız gəlmir. Məgər Tovuzda peşəkar həkimlər yoxdurmu ki!? Səhiyyənin adına və imicinə toy müğənnisinin adının ardınca oxuduğu mahnılarının siyahılanması gəlirsə, bu heç də yaxşı əlamət deyil. 
Amma bir yana baxanda, bu da xalqa xidmətdir. Bəzən bir xoş avaz və ya mahnı xəstəliyə dərman olur, xəstəni stresdən çıxarır...
"Təzadlar"
3862f417-d294-46d7-bd1d-4f5df6b94410
75e0a09c-7b3c-41ea-8d04-134817b2b75b
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN