7 fevralda növbədənkənar Prezident seçkilərinin keçirilməsi təmsil etdiyim Milli Cəbhə Partiyası üçün məqbuldur və biz partiya olaraq Azərbaycanın siyasi həyatında hər zaman fəal mövqe sərgiləməyin tərəfdarı olmuşuq və mövqeymizi saxlayırıq.
Bu fikri Milli Məclisin deputatı, MCP lideri Razi Nurullayev Prezident İlham Əliyevin ötən gün imzaladığı Sərəncamla - Növbədənkənar Prezidenti seçkilərinin elan edilməsi ilə bağlı Parlamentdəki çıxışı zamanı bildirib. 
"Növbədənkənar Prezident seçkilərinin keçirilməsi təmsil etdiyim partiya üçün həm də o cəhətdən önəmlidir ki, suverenliyini tam bərpa edən Azərbaycan üçün xalqın öz siyasi və seçim mövqeyini bildirməsini vacib bilirik.
Bizim partiya üçün bu səbəb onunla xarakterizə olunur ki, dünyada Azərbaycana münasibət bəzən birmənalı olmur və xeyli qərəzli münasibətlər ortaya çıxır. Növbədənkənar seçkinin keçirilməsi bizim beynəlxalq aləmə, Azərbaycana qərəzli və qərəz üzərindən qurulan fərqli baxışlara verilən bir cavab olmalıdır və inanıram ki, olacaq.
Bu seçkilərin tam ədalətli və şəffaf olması, bütün iştirakçılara bərabər hüquqların və yanaşmaların tətbiq edilməsinin həm də ölkəmizə qarşı yönələn anti-demokratik çağırışlara və yanaşmalara cavab olacağını düşünürəm. Bununla bərabər, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa edəndən sonra Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda bu demokratik və azad seçkilərin keçirilməsi ölkəmizin beynəlxalq nüfuzuna da müsbət təsir göstərmiş olacaqdır.
Bu seçkilər Milli Cəbhə Partiyası üçün həm də ona görə önəmlidir ki, 7 fevraldan sonra cəmiyyətimiz daha iç-içə, daha mehriban və siyasi qüvvələr də daha real düşüncələrə malik olacaqdır. Çünki ölkəmizdə yaranan vəziyyət elə münasibdir ki, əlavə şübhəli fikirlərə meydan vermir və verə bilməyəcəkdir.
Inanıram ki, bu seçkilər ölkəmizin inkişafında yeni müsbət meyllər yaradacaqdır", - deyə Razi Nurullayev vurğulayıb.
Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb.

Seçki 2024-cü il fevralın 7-də, yəni düz iki ay sonra keçiriləcək.

Y.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN