"Millete efendilik yoktur; hizmet etme vardır. Bu millete hizmet eden onun efendisi olur."
Qazi Mustafa Kamal Atatürk
...Ramiz Abutalıbov dünyanı tərk etdi. Bu ad hər zaman Azərbaycan cəmiyyətində Ziyalılığın, Aydınlığın dərin ehtiramına tuş olacaq, hər zaman... Ramiz Abutalıbov cəmiyyətin bütün kəsiminin qəbul  və hörmət etdiyi şəxsiyyət idi. Diplomat, dövlət məmuru idi. Sovet dönəmində də çalışdı, müstəqillik dönəmində də. Hər zaman işini vicdanla yapdı, bu gün Ramiz Bəyi ən xoş sözlərə ünvan edən də Onun bu vicdanlı tərəfidir. Yoxsa günümüzdə dövlət məmuru hansı neqativ sinonimlərlə eşanlamlıdır, buyurun sosial şəbəkələri seyr edin. Söymək acizlikdir, amma söydürmə- söyməsinlər bir tərəfdən baxanda da. Bu baxımdan Ramiz Müəllim sağlığında da hər zaman toplumun bütün kəsimləri, iqtidar-müxalifət , bitərəf fərq etməz, hər kəs tərəfindən sayqı və hörmətlə qarşılandı.
 Əslində, Ramiz müəllimin bu davranışından dövlət məmurlarının dərs almaları lazım. Bunun üçün çox şey etmək lazım deyil, öz işini sev, sənə etibar olunan vəzifdən sui- istifadə etmə, Atatürk demişkən, "...millətə əfəndilik  etmək yoxdur, millətə xidmət edən onun əfəndisidir” prinsipinə uca əxlaqi fəzilətinlə sarıl, xalqan qarşılığında izzət, hörməti gör! Ramiz müəllimi hər zaman uca tutan da məhz bu ali məziyyəti idi.
XXX
...Ramiz Abutalıbov Sovet dönəminin diplomatı olsa da Bir Cümhuriyyət sevdalısı idi. Onun Parisdə Ə.Topçubaşov, Cümhuriyyət irsini, tarixi yazışmaları göz bəbəyi kimi qoruyub gələcək nəsillərə əmanət etməsi unudulmaz bir vəfakarlıq, sədaqət nümunəsidir. Məhz Onun sayəsində Əlimərdan Bəy Topçubaşova xatirə lövhəsinin, Fransanın azadlığı uğrunda həlak olmuş azərbaycanlılara Rodez şəhərində abidənin qoyulması, Fransada bir neçə mühacir həmvətənimizin qəbrinin bərpa edilməsi... gerşəkləşdirilmişdir.  Nə qədər mistik səslənsə də, axirət dünyasında ruhların görüşməsi baş tutmuş olarsa, Cümhuriyyət Qurucusu olan Babalarımızın minnətdarlıq dolu salamını alanlardan olacaq Ramiz Müəllim...
XXX
Ramiz Abutalıbov xalqın kisəsindən getdi. Azərbaycan xalqına, ailəsinə, bütün sevənlərinə dərin hüznlə baş sağlığı veririk. Ruhu şad, məkanı cənnət olsun!
Məhəmməd İsrafiloğlu
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN