"Qərb ölkələri Ukraynada davam edən müharibə ilə bağlı təcililik hissini itirib, bir çox ukraynalı isə ekzistensial təhlükə hissini itirib".
Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski "The Economist" nəşrinə verdiyi müsahibəsində deyib. Onun sözlərinə görə, Avropa Ukraynanın dəstəyi ilə özünü Rusiyanın təcavüzündən qoruyur və Ukrayna məğlub olarsa, Putin Qərblə üz-üzə gələcək: “Bəlkə də 2023-cü ildə dünyanın istədiyi kimi uğur qazana bilmədik, buna baxmayaraq, rus qüvvələrinin qalib gəlməsi fikrinin hissdən başqa bir şey olmadığını gördük, çünki rusların bir çox istiqamətlərdə böyük itkilər verdiyini gördük". Onun sözlərinə görə, müharibənin əvvəlində olan Ukrayna cəmiyyətinin və dünyanın səfərbərliyi bu gün mövcud deyil: "Səfərbərlik təkcə cəbhəyə əsgər göndərmək deyil. Bu, hər birimizə aiddir. Bu, bütün səylərin səfərbər edilməsidir. Bu, dövlətimizi qorumaq və torpaqlarımızı işğaldan azad etmək üçün yeganə yoldur. Hazırda ukraynalının edə biləcəyi ən vacib peşə Ukraynada olmaq, Qərb tərəfdaşları üçün isə Ukrayna ilə olmaqdır", - deyə Zelenski vurğulayıb.