Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümbətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycanın Mədəniyyət Nazirliyindən məlumat verilib. Prodüser Aygün Bəylərin vəziyyətinin anidən pisləşdiyini bildirib: “Vəziyyəti dünənə qədər yaxşı idi. Günorta da yaxşı idi. Mən Ankarada yanında idim. İllərdir ki, İstanbulda yaşayıram. Mənə dedi ki, “get İstanbula işlərivi gör, gəl. Bazar günü qayıdarsan. Ankaradan qayıtmışam. Kaş, getməz olardım”. Qeyd edək ki, müğənni müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmışdı... 

Təəssüf hissi doğuran budur ki, dünən əməkdar artistin ölüm xəbərindən Mədəniyyət Nazirliyinin xəbəri yoxdur. Belə ki, nazirliyin müğənninin halından xəbəri yox imiş. Biri dedi ölüb, digəri yazdı ki, hələ məlum deyil və s. Bir sözlə, şaiyələr baş alıb gedirdi... Sanki bunu görən müğənni də nazirlikdən küsüb biryolluq  getdi...

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN