"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə hadisə yerindəyik. Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsinin istintaqı ölkə rəhbərliyinin nəzarətindədir".

Tezadlar.az AzərTAC-a istinadla xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib. Sitat: "Faktla bağlı yanğın təhlükəsizliyi qaydalarının pozulması, səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olma maddələri ilə cinayət işi başlanılıb. Hadisə gecə baş verib. Aidiyyəti qurumlara məlumat verilib və tədbirlər görülüb. Qısa müddət ərzində yanğın söndürülüb və digər şöbələrə yayılmasının qarşısı alınıb. Təəssüf ki, dörd körpənin həyatını xilas etmək mümkün olmayıb. Bütün hadisələri diqqətlə araşdırmaq üçün vaxt lazımdır. Təqsirli şəxsləri məsuliyyətə cəlb edilməsi tərəfimizdən təmin ediləcək".

Xatırladaq ki, hadisədə 4 uşaq ölüb, 6-nın vəziyyəti ağırdır...

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN