Azərbaycanda qəzetlərin qiyməti bahalaşıb.

TEZADLAR.AZ xəbər verir ki, trend-in əldə etdiyi məlumata görə, Azərbaycanda yayımlanan qəzetlərin qiymətlərində ortalama 0.20 qəpik artım olub.

Belə ki, "Azərbaycan", "Bakinskiy raboçi", "İki sahil", "Respublika", "Xalq", "Yeni Azərbaycan" qəzetləri 0.20 qəpik bahalaşaraq 0.60 qəpiyə satılır.

"Ejd. Novosti" qəzetinin qiyməti isə 0.30 qəpik bahalaşaraq 0.80 qəpik olub. "Xalq Cəbhəsi" qəzeti isə 0.10 qəpik bahalaşaraq 0.40 qəpiyə satılır.

Qeyd edək ki, ölkədə çox sahədə baş verən bahalaşma mətbuatdan da yan keçməyib. Belə ki, qəzetin dərci üçün lazım olan vəsait - çap xərci, kağızın qiyməti və s. xeyli artıb. Bu da redaksiyaların ziyanla işləməsinə (əslində, satışdan xeyir götürən də yox dərəcəsindədir - xərci borcunu ödəmir) səbəb olub. Redaksiyalar məcburən qəzetin qiymətini qaldırırlar. Bu, heç bir yerdən yardım almayan, hər hansı qurumun maliyyəsi ilə dərc edilməyən qəzetlər üçün dəfələrlə çətindir. 

Lakin məsələ ondadır ki, qiyməti ucuz olanda belə oxucu cəlb edə bilməyən qəzetlər bahalaşmadan sonra oxucu - alıcı tapa biləcəkmi?! 

Daha bir sual: Medianın İnkişafı Agentliyi tərəfindən maliyyələşən qəzetlərin bütün xərcləri artıqlaması ilə qarşılanırsa, onların qiyməti qaldırması nə dərəcədə məntiqlidir? MEDİA-nın şərtlərinə görə, maliyyələşən qəzetlər, həm də satışdan gəlirlənir. Bu qiymət artımı oxucuları alıcılıqdan uzaqlaşdıracaqsa, onda necə olacaq???

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN