Azərbaycan nefti də tükənməz deyil... Ona görə də dünyada neft və qazdan istifadənin yeni alternativləri axtarılır. Bu, yaşıl enerji mənbələridir. Mənbə isə Azərbaycanda da yetərincədir, sadəcə, bundan səmərəli istifadə yolları axtarılmalı, faydalı işə çevrilməlidir...
***
Tanınmış neft üzrə ekspert İlham Şaban da bu mövzuda maraqlı status paylaşıb. Sitat: "...Azərbaycanda ötən il 30,2 mln ton neft hasil edilib. 13 ildə neft hasilatımız 20,6 mln ton azalıb, yəni orta hesabla ilinə 1,58 mln ton… Əgər hasilatın azalması bu templə davam etsə, onda 19,1 ilə, yəni 2043-cü ilə NEFT çəlləyini tamam boşalda bilərik. Və Şərqin ilk hasilat ölkəsi olarıq ki, 2050-ci ilə NEFTSİZ Respublika kimi qədəm qoyarıq… COP29 -da Azərbaycanın neft hasilatının azalması ilə “karbon izi olmayan dünya”ya verdiyimiz və verə biləcəyimiz töhfələr haqda inanıram ki, hökumət daha ətraflı çıxışlar edəcək…".
Bəli, təbiət yaşıl enerji mənbələri ilə doludur. Qalır onları tapıb faydalı və səmərəli işə çevirmək...
A.Məmmədli