Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Abşeron-Xızı Regional Mədəniyyət idarəsinin tabeliyində fəaliyət göstərən Sumqayıt şəhərinin Tarixi Muzeyi
Azərbaycan Yazıçılar Birliyi Sumqayıt şəhər bölməsi ilə birgə dəyirmi masa təşkil etmişdir. Əvvəlcə qanlı faciə qurbanlarının və torpaqlarımızın azadlığı, bütövlüyüuğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yadedilmişdir.
Anım tədbirini muzeyin direktoru vəzifəsini icra edən Namiq Əliyev giriş sözü ilə açaraq Xocalı soyqırımının 20-ci əsrin ən böyük faciələrindən biri olduğunu və amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz saldığını vurğulamışdır.Sonra qətliama həsr olunmuş video-çarx nümayiş olunmuş və kütləvi ekspozisiyaşöbəsinin əməkdaşı Nərmin Kərimli dəhşətli soyqırımı barədə ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, 1992-ci il fevral ayının 25-dən 26-sına keçən gecə erməni silahlı birləşmələri 7 min əhalsi olan Xocalı şəhərində genosid həyata keçirmişlər. 613 nəfərin öldürüldüyü, 1000 nəfərin yaralandığı, yüzlərlə dincsakinin girov götürüldüyü, itkin düşdüyü Xocalı faciəsinin qurbanlarının əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.
AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olan bu dəhşətli faciənin etnik təmizləmə siyasətinin birhissəsi olduğunu söyləmiş, Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün dövlətimizin bütün zəruri addımları atdığını qeyd edilmişdir.
Çıxış edənlər - Pezidentin fərdi təqaüdçüsü, Əməkdar müəllim Ofelya Babayeva, Tərəqqi medallı, qabaqcıl təhsil işçisi Əvəz Mahmud Lələdağ, filologiya elmləri doktoru, professor, Əməkdar mədəniyyət işçisi, Rafiq Yusifoğlu, Sumqayıt şəhər İcra Hakimiyyəti yanında İctimai şuranın sədri Hümbət Quliyev, şairlər AsifAsiman, Xaqani Abbasəli Öztürk, jurnalist-publisistlər Aygün Hacıyeva və İlhamə Məhəmmədqızı, muzeyin kütləvi-ekspozisiya şöbəsinin müdiri Sevinc Əmirova erməni silahlı dəstələri tərəfindən törədilən bu cinayətin ağır nəticələrindən genişdanışmış, ölkəmizin başına gətirilən bütün haqsızlıq və bəlalardan təəssüfləndiklərini, bir daha müharibənin baş verməməsini, xalqımızın sülh və əmin-amanlıq şəraitində yaşamasını arzuladıqlarını bildimişlər.
Dəyirmi masada Sumqayıt Dövlət Universitetinin və Sumqayıt Musiqi Kollecinintələbələri iştirak etmişlər.
Tədbir zamanı muzeyin fondlarında qorunub saxlanılan, Xocalı soyqırımını əks etdirən fotoşəkillər, müxtəlif illərdə faktlar əsasında çap olunmuş kitablar, təsviri incəsənət əsərlərindən ibarət tablolar sərgilənmişdir.
İlhamə MƏHƏMMƏDQIZI