...Bilmirəm kim deyib (deyəsən, elə özüm demişəm), bizdə alim var, amma elm yoxdur! Söhbət dünya elminə yenilik gətirən elmi nailiyyətdən, kəşf və ya unikal ixtiradan gedir... Amma belə nailiyyət az maaşla, "6-ya kimi işdə otur!" tələbi ilə başa gəlmir. İxtira və ya elmi kəşf, nailiyyət əldə etməsi üçün alimin əmək haqqı yüksək olmalıdır ki, o evinin sosial qayğıları barədə deyil, elmi nailiyyət barədə düşünsün... Aylıq kirayə, qaz, işıq, su, elektrik... pulunu ödəyə bilməyən alimdən elmi kəşf də gözləməyə dəyməz!
***
 BDU-nun professoru, ərəbşünas alim Aidə Qasımova da bu məzmunlu bir vacib məsələyə toxunub. O, özünün sosial platformasındakı statusunda yazır: "...BDU-da bir neçə dəfə iş saatlarında bütün müəllimlərin kafedralarda olmaq məsələsi qalxıb, amma alınmayıb. Sadəcə olaraq, kafedralar müəllumlərə darısqal gəlib, stullar belə çatmayıb. Bu tələbi qoyanlar müəllimləri 2-3 nəfər olmaqla otaqlarda yerləşdirməli, onları masa, stul, kompyuterlə təmin etməlidir... AMEA da öz işçilərini yaxşı iş şəraiti, ləyaqətli maaşla təmin edirsə, saat 6-yadək işdə olmağı tələb etsin… İşçinin əsas vəzifəsi direktor üçün məqalə, kitab yazmaq deyil, onun da mədəsi var. İmkan verin, kəsbkarlığın etsin. Bağ sahələrinədək dövlət alimə nə veribsə, yemisiniz! İlahi ədalət deyilən mübhəm bir anlam var! Qorxun! O gün gələcək!!!".
 Ağrılı, həm də düşündürücü statusdur, əslində isə, AMEA rəhbərliyinə  ilahi bir çağırışdır... Axı alimi çox olan məmləkətin elmi də olmalıdır. Elmin olması üçün isə alim maaş arxasınca sürünməməlidir... Alim elm haqqında, özü də başı ilə düşünməlidir, qarnı ilə yox...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN