Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib...
Tezadlar.az bildirir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti məlumat yayıb. Sitat: "...Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə sözügedən hadisə ilə bağlı BŞİH-də komissiya yaradılıb və hüquqmühafizə orqanları ilə birgə Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin fəaliyyətinin hərtərəfli yoxlanılması aparılır. Yol verilən nöqsanlara görə Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin direktoru Xalid Ələkbərova şiddətli töhmət elan edilib və Komissiyanın yekun rəyinə əsasən onun tutduğu vəzifədə qalıb-qalmayacağına dair qərar veriləcəyi qeyd edilib. Eyni zamanda “Bakımənzilavtomat” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi İlham Hüseynov və Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov isə araşdırma müddətində vəzifələrindən kənarlaşdırılıblar. Həmçinin Binəqədi rayon təsərrüfat xidmətlərinin rəhbərlərinə xəbərdarlıq edilərək rayon rəhbərliyinə onların şəxsi məsuliyyət məsələsinə baxılması tövsiyə edilib...".
Bəli, Bakının liftlərinə girəndə ən tanınmış seyyidlərə nəzir deyib Allahdan kömək istəməli oluruq...
A.Məmmədli