Bu gün Ukraynada gedən müharibəni işıqlandıran azərbaycanlı jurnalist İdrak Camalbəyli Kiyedə ürəktutmadan vəfat edib.

Tezadlar.az TURAN-a istinadla bildirir ki, jurnalist cəbhə xəttindən çoxsaylı reportajların müəllifidir. Bu gün Kiyevin mərkəzi meydanında Camalbəyli ilə vida mərasimi keçiriləcək. Jurnalistin ailə üzvlərinin verdiyi məlumata görə, o, Azərbaycanda dəfn olunacaq. Camalbəyli 1976-cı ildə dünyaya gəlib. Son illərdə o, Ukraynaya köçmüşdü, burada "Amerikanın Səsi" Radiosu ilə əməkdaşlıq edirdi. 

Şübhəsiz ki, jurnalistin ölümü cəbhədə aldığı travmalarla bağlıdır. Çünki Rusiya ordusu bütün cəbhə boyu və digər əraziləri belə uzaqvuran raketlərlə atəşə tutmaqdadır. Yəni, bu gün Ukraynada raket qəlpəsinə tuş gəlmək alın yazısıdır...

Allah rəhmət eləsin!

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN