…Dünya siyasətində maraqlı və inanılmaz, hətta deyərdik ki, proqnozlaşdırılmayan hadisələr baş verir.
Məsələn, dünən Nyu-Yorkda «Radio City Music Hall» Salonunda ABŞ-ın hazırkı prezidenti Co Baydenin növbəti prezidentliyinə hesablanmış seçki prosesi ilə bağlı təbliğat xarakterli tədbir düzənlənib. Diqqəti çəkən budur ki, dünənədək keçmiş prezident Donald Trampa rəğbəti olan ABŞ-ın sabiq prezidentləri- Barak Obama və Bill Klinton da olublar. İnanılmazdır ki, onlar bu tədbirə Co Baydeni dəstəkləmək üçün gəliblərmiş.
***
Gəlirik mətləbə: tanınmış politoloq və hüquqşünas Adil Minbaşının siyasi proqnozları həmişə özünü doğruldub. ABŞ-ın sabiq prezidentləri- Barak Obama və Bill Klintonun dünən Trampı deyil, məhz Co Baydeni dəstəkləmək üçün məlum tədbirə gəldiklərini CNN-nin onlayn yayımında izləyərkən dərhal Adil Minbaşının 4 il əvvəl «Təzadlar»a verdiyi müsahibəsindəki bir fikir yadıma düşdü. Adil Minbaşı həmin müsahibəsində (2020-ci il) D.Tramp prezident olarkən onun ikinci müddətə seçilməyəcəyini proqnozlaşdırarkən demişdi. Sitat: «…Trampın güvəndiyi əsas qüvvə onun prezident kimi əlində olan potensial resursların olmasıdır… Lakin onun hələ də xəbəri yoxdur ki, KOMANDASI ONU ÇOXDAN SATIB». Sitatın sonu!
Bəli, dünən də Nyu-Yorkda «Radio City Music Hall» Salonunda ABŞ-ın hazırkı prezidenti Co Baydenin növbəti prezidentliyinə hesablanmış seçki prosesi ilə bağlı təbliğat xarakterli tədbir düzənlənmişdi. Maraqlıdır ki, bu tədbirə ABŞ-ın sabiq prezidentləri olmuş Barak Obama və Bill Klinton da qatılmışdı. Bilirsinizmi ki, onlar bu tədbirə nəyə gəlmişdilər? Bəli, onlar bu təbliğat xarakterli tədbirə Trampı deyil, məhz Co Baydeni dəstəkləməyə gəlmişdilər!
Nəhayət, çox maraqlıdır, hazırda Donald Trampı sabiq vitse-Prezidenti Mayk Pensi də daxil, komandasındakı 30 tanınmışlardan heç biri dəstəkləmir! Bunun adı isə konkret olaraq SİYASƏT-dir!
Asif MƏRZİLİ