Bu gün bir sıra sosial şəbəkə səhifələrində hərbi əməliyyatlar, texnika və şəhidlərimiz barədə saxta xəbərlər yayılıb...

Azərabaycan DİN-in mətbuat xidmətinin yaydığı rəsmi məlumatda deyilir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxslər müəyyən olunub. Və bu fırıldaqçıların barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülür. Sitat: “Vətəndaşlarımızı reallığı əks etdirməyən və ictimai rəyi çaşdırmağa yönələn saxta xəbərləri paylaşmaqdan çəkinməyə çağırırıq. Bu hallar qanunvericiliklə məsuliyyətə yaradır”.
Bəli, belə saxtakarlar ifşa edilib... Bəs saxta elektron poçt ünvanları yaradaraq dövlət və vətəndaş, eləcə də ictimai maraqlar əleyhinə saxta yazışmalar aparanlar necə, onların ifşa edilməsi istiqamətində nə kimi işlər görülür?

"Təzadlar" bu istiqamətdə maraqlı araşdırmalar aparıb və real faktlar əsasında rəsmi qurumların gördüyü və görəcəyi tədbirlər barədə geniş yazı təqdim edəcək... Dəvəquşu kimi başını quma sixub arxasından xəbəri olmayanların ifşası, sən demə, bu qədər sadə... 

"Təzadlar"ın Araşdırma Qrupu

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN