Artıq dünəndən Azərbaycanda Belarus Mədəniyyət Günləri böyük coşqu ilə qeyd edilir...

Bu gün axşam saatlarlnda isə Heydər Əliyev Sarayında Belarusun mədəniyuət xadimlərinin iştirakı və ifası ilə geniş konsert proqramı baş tutdu. "Təzadlar"ın əməkdaşlarının da dəvət edildiyi möhtəşəm konsert proqramında Azərbaycanın rəsmi şəxsləri, eləcə də Belorusun ölkəmizdəki səfiri və bu dost ölkənin mədəniyyət naziri, həmçinin Belorusun tanınmış mədəniyyət xadimləri... iştirak edirdilər.
7e802774-6d47-4de6-a789-e39dac042b84
"İki ölkənin mədəniyyət sahəsində birgə mühüm layihələr həyata keçirmək üçün bizim çoxlu ideyalarımız, planlarımız var. Noyabr ayında həmkarımla birlikdə Azərbaycanda Belarusun Mədəniyyəti Günlərinin təşkili formatını müəyyən etdik...". Bu sözlər isə Belarusun mədəniyyət naziri Anatoli Markeviçə məxsusfur. Nazir AzərTAC- a deyib: “Biz bu yaxınlarda Belarus rəssamlarının sərgisinin açılışında iştirak etdik. Qürur duyuruq ki, sərgi Azərbaycan sakinlərində çox böyük maraq doğurub. Biz bu gün “Vitebskdə Slavyan bazarı” Beynəlxalq Festivalı çərçivəsində birgə çıxışın təşkilinə Azərbaycan tərəfinin çox böyük marağını görürük. Belaruslu izləyicilər həmişə Azərbaycan nümayəndələrini gözləyir. Bildiyiniz kimi, dünən Azərbaycanda Belarusda Kino Günlərinin açılışı olub. Bu gün Azərbaycanın mədəniyyət naziri ilə görüşdə biz özümüz üçün müəyyən etdik ki, hər halda əvvəllər imzalanmış sazişləri təkrar ciddi nəzərdən keçirmək və yeni planlar tərtib etmək lazımdır. Biz həm Azərbaycanda, həm də Belarusda mühüm layihələr həyata keçirəcəyik. Əminəm ki, buna mütləq nail olunacaq, çünki Azərbaycan və Belarusdan olan həmkarlarımızın yaradıcılıq potensialı ən iddialı planların reallaşmasına imkan verəcək”.

72aec094-6699-4e5e-8d01-38bb47f5c9d7

Anatoli Markeviç vurğulayıb ki, yaxın gələcəkdə Belarusda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi planlaşdırılır, Azərbaycan tərəfi ilə danışıqlar aparılır. Belarus naziri tədbirin ən yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib, çünki hər iki ölkə mədəniyyət sahəsində ikitərəfli münasibətləri inkişaf etdirmək niyyətindədir.

XXX 

Beləliklə, dost ölkə Belarusun Azərbaycanla bütün sahələrdə sıx əməkdaşlığı var. Eləcə də mədəniyyət sahəsində... Təsadüfi deyil ki, bu gün baş tutan və sürəkli alqışlarla qarşılanan möhtəşəm konsert proqramında həm də Azərbaycanı tərənnüm edən mahnılar ifa edildi...

A.Məmmədli

de2a45a6-e7f3-4ff1-8842-758ce55944f8

75ade658-4402-4129-809d-4c9250fc83e9

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN