"Bir daha təkrarlayım, Salome Zurabişvili bizi Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırır".
Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, parlamentin sədri Şalva Papuaşvili qalmaqallı müsahibəsində onu da deyib ki, kiminsə Gürcüstan parlamentində müzakirə olunan layihələri, qəbul edilən qanunu başqa ölkənin qanunu kimi adlandırması biabırçılıqdır. Sitat: “Arxamızda bizi birbaşa dəstəkləyən bir milyon seçici var və biz onların arasında ən azı 1 milyon Gürcüstan vətəndaşı adından danışırıq. Əgər Gürcüstan prezidenti postunu tutan xanım Salome Gürcüstanın milyonlarla vətəndaşına bu cür müraciət edirsə, bu, şübhəsiz ki, düzgün deyil və dövlət əleyhinə yanaşmadır. Belə brendinq qətiyyən yolverilməzdir”.
Şalva Papuaşvilinin sözlərinə görə, prezident Rusiyaya qarşı sanksiyaların tətbiqinə çağırmaqla bizi iqtisadi çöküş və hərbi münaqişə riskini artırmağa çağırır. Siyasi qalmaqal isə getdikcə artır...
A.Məmmədli