Son günlər Ermənistan Azərbaycanla sərhəddə hərbi texnika toplayır.
44 günlük Vətən müharibəsində və ondan sonrakı dövrdə İran hər gün bəyanat verirdi və sərhəddə qoşun yığmışdı. Manevrlər keçirirdilər. Qeyd edirdilər ki, Zəngəzura daxil olmaq olmaz, İranın sərhəddi pozulur. Malası qurumamış Qafanda konsulluq açırdılar.
TEZADLAR.AZ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
O bildirib ki, bu gün həmin əraziyə NATO-nun, Avropanın, ABŞ-nin kəşfiyyatçıları, terroristləri yığışır, onların silahları gəlir:
"Hindistandan gələn silahlar isə Hind okeanı vasitəsilə İrana gəlir və oradan Ermənistana keçirilir. Hesab edirəm ki, İran bu məsələlərdə cavab verməlidir. İran bilmir ki, o silahlar Azərbaycan üçün yığılmır?! Gələcəkdə onların taleyini həll edəcək. İran parlamentində həpəndin biri deyir ki, Azərbaycandakı İsrail səfirliyini bombalamalıyıq. Səfirliyi bombalamaq beynəlxalq hüquqa və insanlığa zidd olan hərəkətdir. İsrailin 150-dən çox ölkədə səfirliyi var. Gözünüz ancaq Azərbaycanı görür? Hər bir şəxs öz mövqeyini bildirməlidir. Biz nə qədər münasibətləri yaxşılaşdırmaq istəsək də, bunlar o biri tərəfə çəkir”, - deyə o, əlavə edib.
trend