"Ermənistanın Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasından imtina etməsi Cənubi Qafqazda yeni eskalasiyaya gətirib çıxaracaq..."
Tezadlar.az Ermənistan KİV-lərinə istinadla bildirir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan sərhəddə yerləşən Tavuş vilayətinin sakinləri ilə görüşündə deyib. Sözügedən görüşün video yazısını baş nazirin mətbuat xidməti yayıb.
Nikol Paşinyan hər kəsi təmkinli olmağa və məsələni Ermənistanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı olduğunu bildirib. O, qeyd edib ki, bu məsələ öz həllini tapmassa bu zaman tək Ermənistanda deyil, bölgədə böyük problemlər yaşanacaq. Sitat: “Əgər biz delimitasiya və demarkasiya ilə bağlı addımlar atmasaq, mən zəmanət verirəm ki, bölgəmizdə daha bir partlayış baş verəcək”.
Bəli, vaxt gələcək, Ermənistandakı separatçı sarsaxlar biləcək ki, onların içində axmaq dedikləri ən ağıllı adam elə Paşinyan olub. Çünki o, Ermənistanı məhv olmaqdan xilas etdi... Xalq da Paşinyan adlı xilaskarını qoyub sarsaxların ardınca niyə getməlidir ki?!
A.Məmmədli