AR Nazirlər Kabinetinin 189 saylı Qərarı ilə təsdiq edilən "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığorta edənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında" Əsasnamədə olan bu qayda bir çox hallarda praktikada işçilərin əmək və sair hüquqlarının pozulması ilə nəticələnir. Bunu hüquqşünas Azər Quliyev "TEZADLAR.AZ"a bildirib,
"Belə ki, AR Nazirlər Kabinetinin qərarına əsasən:
Xəstəliyi ağır olan və bu səbəbdən də davam edən işçilər barədə isə Tibbi Sosial Ekspert komissiyası tərəfindən 2 qərardan biri qəbul edilir: 1-ci halda işçiyə əmək qabiliyyətinin itirilməsi faizi təyin edilir. 2-ci halda isə işçinin müalicəsinin və ya xəstəlik vərəqinin verilməsinin davam etməsi barədə bu qurum tərəfindən qərar qəbul edilir. Ən azı 15 gün çəkən bu müddətdə isə vəziyyəti ağır və işə çıxmayan xəstələrə - xəstəlik vərəqi verilmir, işçilər müavinət ala bilmir, nəticədə işçilərin bu sahədə əmək hüququ pozulur", - deyə hüquqşünas qeyd edib.
JASMİN