Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin iki saylı Cəzaçəkmə Müəssisəsində də icra olunub.

Tezadlar.az xəbər verir ki, bu cəzaçəkmə müəssisəsində sərəncam səkkiz nəfərə şamil olunub. İnsan Hüquqları üzrə Müvəkkilli (Ombudsman) Səbinə Əliyeva və Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc 3 məhkuma arayış təqdim edib. Bununla da, onlar azadlığa buraxılıblar.

Xatırladaq ki, ümumilikdə əfv sərəncamı 154 nəfərə şamil edilib.

Azadlığın qədri niyə məhz həbsdə bilinir?

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN