Şəkildə gördüyünüz adama inanıb 350 min manat pul verən adamın özündə nəsə problem var... Tezadlar.az Daxili İşlər Nazirliyinin saytına istinadla bildirir ki, Lənkəran sakini olan bir nəfər Nihad Rəhimli adlı şəxsin Birləşmiş Ərəb Əmirliklərindən fotoaparatlar gətirib burada satmaq adı ilə onun 355 min manat pulunu ələ keçirməsi barədə Lənləkəran Şəhər Rayon Polis Şöbəsinə məlumat verib. Araşdırma zamanı N.Rəhimlinin iş qurmaq adı ilə şirnikləndirici vədlər verərək digər bir Lənkəran sakininə qarşı da  dələduzluq etdiyi müəyyən edilib. O, Dubayda otel biznesinə yatırım etmək adı ilə zərərçəkənin 40 min manat pulunu ələ keçirib. N.Rəhimli istintaqdan yayınmaq məqsədilə bir müddət müxtəlif ünvanlarda gizlənsə də, Bakı şəhərində saxlanılaraq istintaqa təhvil verilib. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda həmin şəxsin digər analoji əməllərinin olub-olmadığı araşdırılır.
Diqqət edin: zərərçəkəndən adi vaxtda yaxından tanıdığı qonşusu 10 manat borc versə, bəlkə də "Yoxumdur" deyərdi. Amma indi 350 min manatı tanımadığı bu adama verir və indi polisdən kömək istəyir...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN