Gürcüstanın baş naziri ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) “Xarici təsirin şəffaflığı haqqında” qanunla bağlı hazırladığı sənəd haqqında olduqca sərt danışıb.
Sitat: "Bu sənədi dəyərləndirdim və o, bizim üçün hüquqi əhəmiyyət kəsb etmir”.
Tezadlar.az bildirir ki, Baş nazir İrakli Kobaxidze əlavə edərək deyib: "ATƏT/DTİHB-in sənədi Venesiya Komissiyasının sənədi ilə eyni qüvvəyə malikdir. Bu, tövsiyə sənədidir və biz yalnız hüquqi arqumentlərə əsaslanan şərhlərə münasibət bildirməyə borcluyuq. Bu halda ATƏT/DTİHB sənədi heç bir hüquqi arqumentə əsaslanmır, Venesiya Komissiyasının şəffaflığın pis olduğu qənaətini praktiki olaraq təkrarlayır. Bu məqamda hamımız bilirik ki, şəffaflıq ən mühüm Avropa dəyərlərindən biridir və şəffaflıq pis ola bilməz. Şəffaflığın pis olduğunu deyən sənədin bizim üçün hüquqi dəyəri ola bilməz. Buna uyğun olaraq, biz Avropa İttifaqının əvvəldən qurulduğu prinsiplərə uyğun hərəkət edəcəyik. Bu, sadəcə olaraq, həyasızlıqdır və başqa bir şey deyil. Estoniyada verilən bəyanata gəlincə, bu da çox ağır təəssürat yaradır. Birincisi, baş nazirin xarici işlər nazirinin nə işlə məşğul olduğunu bilməməsi, bu, tamamilə anlaşılmazdır. İkincisi, baş nazirin Gürcüstanda gedən prosesləri dost ölkəmizi bəlaya düçar edən Ukrayna “Maydanı” ilə müqayisə etməsi və bu mövzuda başqa bir qiymətləndirmə aparması mənim üçün tamamilə anlaşılmazdır”.
Ölkədə başabəla qanun layihəsi ətrafında ciddi fikif ayrılığı davam edir.
A.Məmmədli