Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş şefi Eldar Mahmudovun rəhbərliyi altında fəaliyyət göstərmiş generalların, idarə rəislərinin kriminal əməllərinə zaman geçdikcə hüquqi qiymət verilir.

Sahibkarların dərisini Nəsimininki kimi soyan bu dəstənin daha bir məhkəmə istintaqı başlanır. "Təzadlar" hələ "Texnikabank"ın işi ilə bağlı on il əvvəl bunları yazanda hamıya inanılmaz gəlirdi... İndi isə həmin MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında aldığı rüşvətin məbləği məlum olub. "Təzadlar" o vaxt yazanda qəzetin baş redaktoru Asif Mərzilini yazılanları sübut etməyə dəvət edib Baş Prokurorluqda dindirirdilər... Amma zaman hər şeyi ortaya qoydu. Belə ki, istintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib. Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Bəli, hər həs qazdığı quyuya gec-tez özü düşür. Mövlamov da bu quyuya özü düşməli oldu. Onun rəhbərliyi altında çalışmış, əsasən də sahibkarlara qan uddurmuş polkovnik Vüsal Ələkbərovun işinə isə 3 il əvvəl Hərbi Məhkəmə baxmış, ona ağır cəza kəsilmişdi... İndi isə ona tapşırıqlar vermiş Mövlam Şııxəliyev məhkəmə qarşısına çıxarılır...
A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN