Dünən iyunun 23-də Dağıstanda baş verən terror aktlarında 15-dən çox polis əməkdaşı həlak olub...

Tezadlar.az "Ria Novosti"yə istinadla bildirir ki, Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Melikov özünün teleqram kanalında yayımladığı videoda bildirib. Melikovun sözlərinə görə, 15-dən çox polis Dağıstanın əmin-amanlığını qoruyan zaman terror aktının qurbanı olub. Həmin polislərdən biri isə Dağıstan İşıqları polis idarəsinin rəisi Mavludin Xıdırnəbiyevdir. O, terrorçularla atışma zamanı ağır yaralanaraq dünyasını dəyişib. Bundan başqa 24, 25 və 26 iyun Dağıstanda matəm günləri elan edilib. Müvafiq fərmanı Sergey Melikov imzalayıb.

Xatırladaq ki, iyunun 23-ü axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib. Terror aktının hansı qruplaşmalar tərəfindən törədildiyi hələ də araşdırılır, dəqiq məlumat yoxdur. Rusiyanın bəzi sosial şəbəkə istifadəçiləri isə bu terror aktının Ukraynadakı müharibə ilə əlaqəli olması ehtimallarını önə çəkməkdədir. 

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN