Özünü adı çəkilən MMC-nin rəhbəri və ANS-in sabiq əməkdaşı kimi təqdim edən Orxan Valeh oğlu Səlimzadə internetdəki bərbəzəkli işə qəbul elanları ilə gəncləri necə tora salırmış?

…Əslində, dələduzluğun bu forması çoxdan mövcuddur. Amma özünü gah Beynəlxalq dərəcəli "OVCO GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri, gah ANS-in sabiq işçisi və s. kimi təqdim edən Orxan Səlimzadə bu yola indi düşüb, amma pis əməllə düşüb. Daha doğrusu, indi özünün işi polisdədir.

Qısası, Orxan internetdə elan verir ki, bəs 750 manatlıq iş təklif edir. Elanında elə bərbəzəkli şərtlər yazır ki, gəl görəsən! Onun toruna daha çox gənc qızlar düşür. Orxanın işə qəbul texnologiyası isə belədir: zəng edənlə türk dilində danışır, özünün guya dünya aləmi ilə əlləşdiyini göstərir, sonra yağlı vədlər verir, onlayn şəraitdə fəaliyyət təklif edir və s. Daha sonra «Azure yaşayış kompleksində» tikinti sahəsi olan Babək Babayev adlı şəxslə formal qaydada icarə müqaviləsi bağlayaraq onun yanına iş üçün gələnlərə hüquqi ünvanının mötəbərliyini göstərir. Nəhayət, 750 manatlıq iş, evdən idarəçilik və s. Beləcə, o, çoxsaylı gənc qızları bu fırıldaqçılığa cəlb edir. Əmək müqaviləsiz işə qubulla məzələnən Orxan maaş vermir, bu onun MMC rəhbəri kimi vicdanına yazılsın, amma görün o daha nə edir: iş yeri tapmış gənc qızlardan borc pul alır ki, guya şirkətin bank hesabı dondurulub, kartı bloklanıb və s. yalanlar. Qızların biri 100, digəri 150, başqa biri 300, 1500 manat pulu ona borc verir. Bəzilərinə isə pul alır ki, xidməti işlə bağlı avadanlıq (telefon və s.) verəcək, amma pulu alan kimi verəcəkləri yadından çıxır. Hətta Avrasiya Universitetinin 3-cü kurs tələbəsi Asim Quliyevi aldadıb əvvəlcə Hosteldə menecer kimi işə qəbul etdirib 2500 manat, sonra isə Gürcüstandakı şirkətində işə qəbul edib 3800 manat maaş verəcəyini deyərək aldadıb və… Sonda həmin tələbədən 300 manat pulu borc adı ilə alaraq qaytarmayıb.

1719499305646U

Bu azmış kimi, Emin Məhərrəmovu və onun yaxınlarını aldadıb məhsul satacağı adı ilə 7000 min manat pullarını alır, onları da belə aldadır… Orxanın aldatma qaydası belədir: "Be Store" adlı onlayn satış mağazası vasitəsilə guya sifariş qəbul edib məhsulları 3, 5, 10 gün müddətində ünvana çatdırır. Pulları qabaqcadan alır, amma deyilən müddətin keçməsinə baxmayaraq, nə sifariş edilən məhsul verilir, nə də alınan pullar geri qaytarılır. Beləcə, yüzlərlə müştərini bu gün də öz toruna salıb ovlamaqdadır... Və həmin "Be Store" adlı onlayn satış mağazası vasitəsilə aldatmalar və pulların mənimsənilməsi hələ də davam edir. Belə tora düşən insanlar, xüsusilə, gənc qızlar olur. Belə qızlardan hələlik birini - Aygün xanımı qeyd edə bilərik. O.Səlimzadə Aygün xanım və onun rəfiqələrinə həmin mağazadan məhsul verəcəyi adı ilə 1500 manat pullarını alır, o pul da belə gedib. Belə aldanmış və pulları mənimsənilmiş qızlar redaksiyamızda olarkən, həm ərizələrində, həm də söhbət zamanı O.Səlimzadənin özü və qanunsuz əməlləri barədə elə faktlar söylədilər ki, adam inana bilmir, bir azərbaycanlı gənc bu qədər şok yaradan özbaşınalıqlara yol verib. Qızların ərizələrindəki yazdıqları qanunsuzluqlar və əxlaqa zidd hərəkətlər "Təzadlar"ın Araşdırma Qrupu tərəfindən araşdırılır və bu məqsədlə aidiyyət dövlət qurumlarına rəsmi sorğular göndərilib. 

1719499305665

1719499305654

***

Beləcə, Orxan Səlimzadə bir də onda ayılıb ki, aldatdığı və maaş vermədiyi, kələklədiyi gənc qızlar və oğlanlar «Təzadlar»a şikayət edib. Elə bəzi fırıldaqların da üstü bundan sonra açıldı. Əvvəlcə qəzetin rəhbərliyinə zəng edib yalan üyüdən Orxan bu metodun işə keçmədyini görüb sonra «Əgər məndən yazı dərc etsəniz, mən də başqa yola əl atacağam» deyib. Görüb ki, yox, bu da keçmədi, başlayıb redaksiya əməkdaşlarına dostluq, çay içmək, münasibət qurmaq təklifi üsuluna. Yox, bu da alınmayıb. Çünki qəzetin rəhbərliyi ona başa salıb ki, aldatdığı qızların problemini həll etsə yaxşıdır.

orxan-sel-1

 İndi məlum olur ki, bu qəhrəmanın işi artıq Səbayel rayon Polis İdarəsinin 9-cu polis bölməsindədir. Redaksiyaya isə aldadılanların şikayətnamələri gəlməkdədir. Redaksiyamızda olan və Orxanın əlindən təngə gəlmiş qızların göz yaşlarına o inanmasa da, biz inandıq. Özü də əməllicə inandıq! İnanırıq ki, o qızların şikayət etdikləri hüquq mühafizə orqanlarında da bu göz yaşlarına inanacaqlar. Çünki bu göz yaşlarının arxasında Azərbaycanın iş axtaran gənclərinin ümidləri və etimadları durur.

 Nə deyək, hələki Orxan bəyə güzəştimiz bu ola bilər ki, bu şikayətləri toplayıb polis orqanlarına və Əmək Müfəttişliyinə göndərək, hüquqi qiymət verilsin.

Əlavə məlumat veriləcək. Bəzi xüsusatlar da var ki, tərəfimizdən araşdırılır…

hebs
Sonda: "OVCO GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin vöeni belədir: 3104794281. Dövlət Vergilər Xidmətinin portalında axtarış verdik, fəaliyyəti barədə yalnız bunlar çıxdı: «Vergi uçotu orqanının ünvanı: AZ5000, SUMQAYIT ŞƏHƏRİ, BƏDƏLBƏYLİ KÜÇ, ev 22. Vergi uçotu orqanının adı: 2 saylı Ərazi Vergilər Baş İdarəsi».

Sonra internetdə MMC-nin iş-gücü ilə bağlı axtarış verdik. Axı Orxan bizə də demişdi ki, onun şirkəti dünya səviyyəli işlər görür, beynəlxalq imicli şirkətdir və s.

Axtardıq, heç nə çıxmadı. Fəaliyyət sıfır! Biz isə elə burda- bu sıfırın sonuna hələlik bir yox, üç nöqtə qoyuruq… Yəqinki mənasını özü biləcək. Bir nöqtəni və nidanı isə aidiyyəti qurumlar istintaq araşdırmasından sonra qoyar yəqinki…

"Təzadlar"

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN