...13 yaşlı qızın intim foto görüntülərini yayan 29 yaşlı şəxs saxlanılıb.
Tezadlar.az bildirir ki, hadisə Tbilisidə baş verib. Bu barədə barədə ölkənin Xüsusi İstintaq Xidməti məlumat verib. İstintaq zamanı müəyyən edilib ki, 2024-cü ilin 13 martında, 13 yaşlı zərərçəkmiş "Tiktok" sosial şəbəkəsində təqsirləndirilən şəxslə tanış olub. Onlar hər gün 'Facebook/Messenger' videozəngləri vasitəsilə bir-birləri ilə danışıblar və bu zaman təqsirləndirilən şəxs yeniyetmənin çılpaq vəziyyətdə olmasını istəyib. Videozəng zamanı yeniyetmə təqsirləndirilən şəxsin onun ekran görüntüləri aldığını görüb. O, təqsirləndirilən şəxsdən intim məzmunlu şəkilləri silməsini tələb edib. Aprel ayında zərərçəkmiş azyaşlı qız təqsirləndirilən şəxs ilə ünsiyyəti kəsib, onu sosial şəbəkədə bloklayıb və zənglərinə və qısa mətn mesajlarına cavab verməyib. Bundan qısa müddət sonra, "Tiktok" sosial şəbəkəsində yeniyetmənin çılpaq vəziyyətdə olduğu fotoları yayılıb. Qızın intim məzmunlu fotoları onun dostuna da göndərilib.
Bildirilib ki, təqsirləndirilən şəxsin mobil telefonunda həmçinin digər yeniyetmə qızların intim məzmunlu fotolarıda tapılıb. Faktla bağlı istintaq tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxsi 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
XXX
Burdan o nəticə çıxır ki, valideynlər uşaqlarına ciddi şəkildə nəzarət etməlidir. 13 yaşlı qız belə yersiz hərəkətə yol veribsəş görün 15-20 yaşlılar nəzarətsiz buraxılsa, nə edə bilərlər...
A.Məmmədli