"Mirzə" adlı saxta profilli təxribatçı Türkiyə ilə Azərbaycanın arasına soyuqluq salmaq üçün guya Azərbaycanlı gənclərin İsraildə Fələstinə qarşı döyüşdüyünü iddia edib...
Türkiyədən Azərbaycansevər dostlarımızın "Təzadlar"a verdiyi məlumatlardan bəlli olur ki, bu təxribatçı açıqlama Prof. Dr. Aygün Attarın sərt cavabı ilə qarşılanıb. Türkiyənin polemikhaber.com saytının yazdığına görə, professor Aygün Attar bununla bağlı sosial media hesabında paylaşım edib. Prof. Dr. Aygün Attar Azərbaycana qarşı atılan böhtanların, o cümlədən guya Azərbaycanın Fələstin müsəlmanlarına qarşı döyüşmək üçün İsrailə əsgər göndərməsi iddiasının müəllifinin əməlini sərt şəkildə tənqid edərək, daxili işlər naziri Əli Yerlikayanı tədbir görməyə səsləyib. Adı çəkilən sayt yazır: "Azərbaycanın guya terrorist İsrail dövlətinə qarşı var olmaq üçün mübarizə aparan Fələstin müsəlmanlarına qarşı döyüşmək üçün İsrail ordusuna əsgər göndərməsi ilə bağlı böhtanlara cavab olaraq Prof. Dr. Aygün Attardan çox sərt cavab gəldi. Sosial media hesabından açıqlama verən Aygün Attar sözügedən böhtanı sərt şəkildə tənqid edərək, daxili işlər naziri Ali Yerlikayanı tədbir görməyə çağırıb.
Bu da Prof. Dr. Aygün Attarın paylaşımı:
"Bu sosial şəbəkə istifadəçisi öz platformasında Azərbaycana qarşı ağır və əsassız böhtan kampaniyası aparır. Son zamanlar işğala və işğalçılara qarşı 23 min şəhid verən qəhrəman Azərbaycan xalqına böhtanlar atılır, gənclərimizin Fələstinə qarşı qondarma "muzdlu" kimi döyüşdüyü iddia edilir. Verilən adı belə uydurmadır, çünki "Mirzə" adlı sosial şəbəkə istifadəçisi Azərbaycanda demək olar ki, yoxdur, cəsarətlə deyirəm ki, bu hesabın mənbəyi fars dilində Azərbaycan əleyhinə qara təbliğat aparan sosial hesabdır, necə deyərlər, “kor-kar, gör- gör”. Ağ yalanları və böhtanları altında türklərə nifrət bəsləyən qeyri-insani bu cür qrupun Azərbaycana qarşı etdikləri bütün ağır təhqirləri onların özünə qaytarıram və Türkiyə ilə Azərbaycan arasına nifaq salanları şiddətlə qınayıram! İkinci Qarabağ müharibəsində Ermənistan və Fransanın Azərbaycana qarşı irəli sürdüyü oxşar böhtan, eləcə də Azərbaycan və Türkiyənin xaricdən Qarabağda döyüşmək üçün muzdlu əsgərlər gətirməsi və s. kimi yalanların sonradan onu uyduranların öz əlində partladığı kimi, bu böhtan da bunu uyduranların əlində partlayacaq. Hörmətli Daxili İşlər Naziri Ali Yerlikayanı aşağıdakı hesab sahibi ilə bağlı tədbir görməyə dəvət edirəm. Guya özünü araşdırmaçı jurnalist adlandıran, xalqı nifrətə, kin-küdurətə sövq edən davranışlar sərgiləyən bu şəxs kimdir və ona Azərbaycanla düşmənçilik etmək cəsarətini kim və ya nə verib? Vəkilim də onun kimliyini araşdıracaq. Azərbaycan-Türkiyə qardaşlığı bizim qırmızı xəttimizdir, heç kim o xətti keçməyə cəsarət etməsin!”

XXX
Bu da həmin yazının türk dilində tam mətni:
"Prof. Dr. Aygün Attar'dan, Azerbaycan'a yönelik iftiralara sert tepki: İçişleri Bakanı Ali Yerlikaya'yı göreve çağırdı
Prof. Dr. Aygün Attar, Azerbaycan’a yönelik yapılan ve Filistinli Müslümanlara karşı İsrail'e asker gönderildiği iddiasını içeren iftiraları sert bir dille eleştirerek İçişleri Bakanı Ali Yerlikaya'yı göreve çağırdı.
Azerbaycan'ın, terör devleti İsrail'e karşı var olma mücadelesi veren Filistinli Müslümanlara karşı savaşmak için İsrail ordusuna asker gönderdiği iftirasına, Prof. Dr. Aygün Attar'dan çok sert yanıt geldi.
Sosyal medya hesabından açıklama yapan Aygün Attar, söz konusu iftirayı sert bir dille eleştirirken, İçişleri Bakanı Ali Yerlikaya'yı göreve çağırdı.
İste Prof. Dr. Aygün Attar'ın o paylaşımı:
"Şu hesap Azerbaycan‘a yönelik ağır ve esassız iftira kampanyası yürütmektedir. İşgale ve işgalcilere karşı yakın tarihte 23.000 şehit vermiş olan kahraman Azerbaycan halkına iftira atarak gençlerimizin güya “paralı asker” olarak Filistin ‘e karşı savaştığını iddia ediyor. Belirttiği isim bile uydurmaca. Çünkü Azerbaycan‘da Mırza ismi neredeyse hiç kullanılmıyor. Şu zat, kardeş ve dost olmanın ötesinde bir millet olduğumuz Can Azerbaycan’ı, onun halkını devletini ve yönetimini aleni olarak hedef gösteriyor ve fütursuzca onlara hesap sorma cesaretini kendisinde buluyor. Üstelik kendisini araştırmacı gazeteci olarak tarif eden şu hesap sahibinin kaynağı, Fars dilinde Azerbaycan karşıtı kara propaganda yapan bir hesap! "Körler sağırlar birbirini ağırlar" derler ya aynen öyle. Yalan ve iftira dolu paylaşımının altına uçuşan Türk’e nefretten beslenen vicdan yoksunu insanlıktan nasibini almayan güruhun, Azerbaycan‘a yönelik sarfetmiş oldukları ağır hakaretlerin tümünü kendilerine iade ediyor ve Türkiye ile Azerbaycan arasında nifak tohumları ekenleri şiddetle kınıyorum! İkinci Karabağ Savaşı'nda Azerbaycan‘a yönelik olarak Ermenistan ve Fransa’nın ileri sürdüğü güya Azerbaycan ve Türkiye’nin yurt dışından paralı asker getirterek Karabağ ‘da savaştırdığı iftirası nasıl bu yalanı üretenlerin ellerinde patladıysa, şu iftira da aynı şekilde onu uyduranların ellerinde patlayacaktır! Sayın iç işleri Bakanı Ali Yerlikaya‘yı aşağıdaki hesap sahibiyle ilgili göreve davet ediyorum. Halkı kin ve nefrete sevk eden davranışlarda bulunan sözüm ona kendisine araştırmacı gazeteci ünvanını layık gören şu zat kimdir ve Azerbaycan düşmanlığını yapma cesaretini ona kim yahut kimler vermektedir? Onun da hesabını kendisinden avukatım soracaktır. Azerbaycan-Türkiye kardeşliği kırmızı çizgimizdir, kimse o çizgiyi geçmeye yeltenmesin!"
Təqdim etdi: Asif MƏRZİLİ