Bu gündən etibarən taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minib...

Bakının tıxaclı yollarında taksi fəaliyyətinə icazə almaq üçün sürücülərin avtomobillərinin istehsal tarixi 8 ildən az olmalıdır. Yəni, 1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək. Həmçinin qeyd edilən tarixdən sonra buraxılış kartı almaq üçün təqdim olunan avtomobillər 2024-cü ilin iyul ayının 1-dən sonra ölkəmizə idxal edilmişdirsə və ya ölkəmizdə istehsal olunmuşdursa, onların rəngi ağ və ya qırmızı olmalıdır. Müvafiq icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək. Vətəndaşın avtomobili 2012-ci il istehsalıdırsa, 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət edibsə, üç illik icazə ala biləcək. Bu halda rəng tələbi tətbiq edilmir.

Xatırladırıq ki, Bakının tıxaclı yollarında taxsi fəaliyyəti ilə özünə iş yeri, ailəsinə çörək tapan sürücülərin təzə avtomobil alıb çalışması tələbi yeni problemlərə yol açacaq. İndi yəqinki avtomobili köhnə olan on minlərlə sürücülər özlərinə kolxoz bazarlarında iş yeri axtaracaq. Ya da, bu tələb uzun müddətə belə qalarsa, Bakıda və bölgələrdə ev və dana, qoyun-keçi oğrularının sayı artacaq.

Bu sahəyə məsul şəxslər nəsə bir optimal yol fikirləşməlidir. İnanmaq istərdik ki, bu cür sərt tələblər sərnişinlərin təhlükəsizliyinə hesablanıb. Lakin statistika göstərir ki, ağır avtoqəzaya məruz qalan avtomobillərin 90 faizi qəttəzə avtomobillərdir...

A.Məmmədli 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN