Gözlənildiyi kimi, Hamzat Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının yeni rəhbəri təyin edilib.
Tezadlar.az "Ria Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov teleqram kanalında yazıb. O qeyd edib ki, qohumu rəhbər vəzifələrdə böyük təcrübəyə malikdir və üzərinə düşən vəzifənin öhdəsindən gələcək. 27 yaşlı Hamzat Kadırovun dini və dünyəvi təhsili var: o, hafizlər məktəbini və Çeçenistan Dövlət Universitetinin dövlət idarəçiliyi fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Bu illər ərzində o, regionda rəhbər vəzifələrdə, o cümlədən Kurçaloyevski bələdiyyə dairəsi administrasiyasının rəhbəri, Çeçenistanın bədən tərbiyəsi naziri, respublika rəhbərinin katibliyinin rəhbəri və baş nazirin müavini vəzifələrində çalışıb.
Bəzi siyasi dairələrdə Kadırovun belə gözlənilməz qərarlarına birmənalı qiymət verilməyib. Onun ən yaxın qohumlarını ətrafına-ən yüksək vəzifələrə təyin etməsi korrupsiya hüquqpozmaları kimi qiymətləndirilib. Bu da həmin təyinatlarından biridir.
Səriyyə Müslümqızı