Müdafiə Nazirliyinə məxsus "Su-25" qırıcı təyyarəsi Bolnisi Bələdiyyəsinin Disveli (Tapan) kəndi yaxınlığında qəzaya uğrayıb.
Tezadlar.az Gürcüstan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, qəza zamanı 1 nəfər pilot həlak olub.
Məlumata əsasən, 2 iyul tarixində keçirilən planlı hərbi təlimlər zamanı Müdafiə Qüvvələrinin Aviasiya və Hava Komandanlığının pilotu Kaxaber Zurabaşvili faciəvi şəkildə həlak olub. Qeyd olunub ki, hadisə ilə bağlı araşdırma aparılır. Nazirlik həlak olan pilotun ailəsinə və yaxınlarına başsağlığı verir Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, Müdafiə Nazirliyinin əməkdaşları və digər qurumlar səfərbər olunub.