Macarıstan Baş naziri Viktor Orban ötən gün qəflətən Moskvaya uçub və Rusiya prezidenti Vladimir Putinlə görüşüb...

Orbanın bu görüşü ABŞ və ATƏT rəsmiləri tərəfindən pis qarşılanıb. Çünki onun Putinlə görüşündə əsas mövzu Ukrayna ilə sülh danışıqları və atəşkəs məsələsi olub. Tezadlar.az Rosiyya24-ə istinadla bildirir ki, Putin bu danışıqlara hər zaman açıq olduğunu bildirib. Lakin qeyd edib ki, Zelenski ABŞ-ın izacəsi olmadan qəti fikir deyə bilmir: "Rusiyanın isə şərtləri dəyişməz qalır: Ukrayna NATO-dan imtina etməli, Luqans və Dnepri unutmalıdır..." və s.

***

Orban bu gün isə Çin dövlət başçısı Si Cinpin Pekində görüşüb. Bu barədə "Rosiyya24" məlumat yayıb. Macarıstan lideri Pekindən sonra Vaşinqtona yola düşdüyünü bildirib.

Qeyd edək ki, Orban iyulun 5-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişənin həlli və sülh danışıqlarına başlamağın mümkün yollarını müzakirə edib. İyulun 2-də isə o, Kiyevə səfər edib və burada bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıb. O, eyni zamanda, iyulun 6-da Şuşada TDT liderlərinin sammitində iştirak edib.

Ukraynadakı müharibə isə dünyanı ciddi narahat etməkdədir...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN