Pekinə qəfil səfərə gələn Macarıstanın baş naziri Viktor Orban Çin lideri Si Cinpinlə danışıqlar aparıb.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, Orban deyib: "Çin Rusiya-Ukrayna müharibəsində (tammiqyaslı Rusiya təcavüzü - red.) sülh üçün şəraitin yaradılmasında əsas dövlətdir. Məhz buna görə də mən prezident Si ilə onun Budapeştə rəsmi səfərindən cəmi iki ay sonra Pekindəonunla görüşə gəldim".

 Rusiyalı təbliğatçılar bildiriblər ki, görüş zamanı Orban Macarıstanın Çinin Ukrayna ilə bağlı “sülh” təşəbbüsünü yüksək qiymətləndirdiyini bildirib. “Macarıstan qonşuluğunda münaqişə (Rusiya Federasiyasının Ukraynaya qarşı tammiqyaslı müharibəsi - red.) baş verərsə, biz sizin (ÇXR) sülh təşəbbüsünüzü də yüksək qiymətləndiririk”, - deyə Orban bildirib.

Xatırladırıq ki, Çin rəhbərliyi Rusiya ilə sıx hərbi-iqtisadi əməkdaşlıqdadır. Çinin Rusiya-Ukrayna müharibəsinə təsir imkanları bu mənada böyükdür...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN