DİN- nin rəsmi məlumatından: "Goranboy rayon sakinlərindən birinə məxsus evdən 15.000 dollar və dəyəri 15.000 manat olan qızıl-zinət əşyaları oğurlanıb. Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Şahin Dursunov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir".
"Təzadlar"ın bir media layihəsi var: məhbusun azadlıq həyatı! Geniş danışmaq istəmirəm, amma bir məsələ var: təkrar törədilən cinayətlərin təxminən 70 faizi həbsxana görmüşlərin payına düşür. Tanıdığım şəxs var, 5- ci dəfədir eyni maddə ilə həbsə gedir, indi də orda "dincəlir". Faktlar sübut edir ki, həbsxanalarımız hələki islah yeri olmaq vəzifəsini yerinə yetirə bilmir. 2- ci, məhbus azadlığa çıxır, onunla maraqlanan, izləyən, profilaktika aparan, cəmiyyətə inteqrasiya etməsi üçün bir kimsə ortada görünmür... Məncə, DİN Mətbuat Şurası ilə birlikdə jurnalistlər arasında bu məzmunda müsabiqə yazısı təşkil edə bilər. Təkrar cinayət törətmənin səbəbi və çıxış yolları öyrənilər...
A.Məmmədli