Müsavat və Respublikaçı Alternativ (REAL) partiyaları noyabrın 1-də keçirləcək parlament seçkiləri üzrə deputalığa namziədlərini irəli sürüb...

İyulun 8-də Müsavat Partiyası Divanı 27 seçki dairəsi üzrə namizədlərini irəli sürüb. Namizədlər arasında partiya sədri İsa Qəmbərin və Məclisin sədri Arif Hacılının adları yoxdur. Bununla yanaşı,  partiya aparatının rəhbəri Gülağa Aslanlı, Məclisin keçmiş sədri Nüşabə Sadıxlı var.

Partiyanın məlumatında bildirilir ki, digər dairələrdən namizədlərin irəli sürülməsilə bağlı müzakirələr davam edir, müvafiq qərarlar qarşıdakı günlərdə qəbul ediləcək.

REAL Partiyası isə 13 seçki dairəsi üzrə namizədlərini irəli sürüb. Namizədlərin arasında partiyanın lideri İlqar Məmmədov, Siyasi Komitənin üzvü Natiq Cəfərli, əvvəlki çağırış Milli Məclisin deputatı Erkin Qədirli, vəkil Rəsul Cəfərov və digərləri var.

Deputatlığa namizəd kimi Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmək üçün namizədliyi irəli sürülən şəxslər təmsil olunduğu seçki dairəsindən 400 seçicinin imzasını toplamalıdır.

Sentyabrın 1-də Azərbaycanda 125 yerlik parlamentə seçkilər keçiriləcək.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN