Fransa Prezidenti Emmanuel Makron türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla iyunun 14-də Brüsseldə keçiriləcək NATO sammiti öncəsi Qarabağda, Suriyada və Liviyada vəziyyəti müzakirə etmək niyyətindədir.

 TASS məlumat verir ki, bu barədə cümə axşamı Parisdə keçirilən mətbuat konfransında fransalı lider özü məlumat verib.

"Bilavasitə NATO sammiti ərəfəsində Türkiyə Prezidenti ilə görüşüm olacaq. Bu, bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün yaxşı imkandır. Bizim dərin fikir ayrılıqlarımız var, biz bunları bilirik, amma hesab edirəm ki, dialoq aparmaq lazımdır", - deyə E.Makron qeyd edib.

“Mən Suriya, Livan və Qarabağdakı vəziyyət, həmçinin Azərbaycan - Ermənistan münasibətləri barədə danışmaq istəyirəm”, - deyə o vurğulayıb.

Makron "NATO-da əməkdaşlığı və müttəfiqlər arasında davranış qaydalarını müzakirə etmək niyyətində olduğunu" da söyləyib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN