ABŞ Konqresinin Xarici əlaqələr komitəsi Gürcüstana qarşı “MEGOBARI” aktını qəbul edib.

Tezadlar.az xəbər verir ki, Xarici əlaqələr komitəsində keçirilən səsvermədə 41 konqresmen sənədi dəstəkləyib, 6-sı isə əleyhinə səs verib. Sənəddə Gürcüstanda demokratik geriləmənin olduğu, bu səbəbdən Gürcüstan hökumətinin fəaliyyətinə və onun Rusiya ilə, eləcə də “digər avtoritar rejimlərlə” əlaqələrinə nəzarətin gücləndirilməsi çağırışı edilib.
Bundan başqa, Gürcüstanda səfərdə olan ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya bildirib ki, Gürcüstanın Avropa İttifaqına inteqrasiyası dayandırılıb. Bununla birgə, Amerika Birləşmiş Ştatları, “Layiqli tərəfdaş – 2024” hərbi təlimlərinin qeyri-müəyyən müddətə təxirə salmasından sonra Gürcüstana yardımı da dondurub.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN