Sabiq Prezident Mixeil Saakaşvili tez bir zamanda “Vivamed” klinikasından həbsxanaya köçürüləcək.
Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə ədliyyə naziri Rati Breqadze açıqlama verib. Onun sözlərinə görə, məhkum edilmiş məhkum cəzasını cəzaçəkmə müəssisəsində çəkməlidir: “Həkimlər onun səhhətini qiymətləndirirlər. Mixeil Saakaşvili cəzaçəkmə müəssisəsinə köçürüləcək. Siz bu barədə çox yaxında xəbər tutacaqsınız ki, onun səhhəti kəskin şəkildə yaxşılaşıb. Mən ona cansağlığı arzulayıram", - deyə R.Breqadze bildirib.
Xatırladaq ki, bir müddət öncə Ombudsmanın çağırdığı həkimlər şurası sabiq prezident Mixeil Saakaşvilinin vəziyyəti ilə bağlı hesabatını bu ilin fevralında təqdim etmişdi. Hesabatda müsbət dinamika qeyd edilib, eyni zamanda vəziyyətin hələ də daimi həkim nəzarəti tələb etdiyi vurğulanıb.