Nəhayət, gözlənildiyi kimi, "Gürcü Arzusu" partiyasının qurucusu və partiyanın fəxri sədri Bidzina İvanişvilinin prezidentliyə namizədliyi irəli sürülə bilər.

Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ədliyyə naziri Rati Breqadze deyib. Jurnalistin, Bidzina İvanişvilinin hakim partiyanın prezidentliyə namizədi olması mümkündürmü sualına nazir belə cavab verib:“Əgər İvanişvili prezidentliyə namizədliyini irəli sürməyə qərar verərsə, əminəm ki, o, Gürcüstan tarixində ən yaxşı prezident olacaq”. O deyib ki, hakim partiya yüksək qələbə planlaşdırır: “Gürcü arzusu” seçkilərdə yüksək səslə qələbə qazanmağı planlaşdırır. Müxalifətin hansı şansa sahib olması, əlbəttə ki, seçicilərdən asılıdır, amma onların hərəkətlərinə əsasən, onların şansının minimal olduğunu düşünürəm. Onların maksimum məqsədi seçki baryerini aşmaqdır, mən də düşünürəm ki, bu, onlar üçün çox çətin olacaq”, - deyə Rati Breqadze bildirib.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN