Böyük qırğız yazıçısı Çingiz Aytmatov deyir ki, bütün duyğuları anlatmağa yetəcək qədər kəlimə yoxdur, gərək də yoxdur. Nə qədər doğru və yerində ifadə edilmiş fikirdir. Bu günlər Xocalıda yaşadığım duyğuları anlatmağa nə gücüm yetir, nə sözüm.  Burada dəyişməyən göy üzüdür dostlar, yağışdır, bir də çox sevdiyim dumanlı-çisginli havadır. Uşaq vaxtlarımda, gəncliyimdə gördüyüm həmin dumanlı-çisginli, yağmurlu havadır yenə Xocalıda. Bura Vətəndir, cənnətdir.

 Bu gözəl Xocalı sabahlarının birində, vaxtilə qapısı darvazası hər kəsin üzünə açıq  olan Eldəniz həkimin evini axtarmağa çıxdım. Nə yol həmin yol idi nə də zaman o zaman. Amma 30 ildə yaşadığımız bütün faciələrə rəğmən ruh halım çox gözəldi, içim-içimə sığmır. Yurdumun yollarında qorxusuz-ürküsüz gəzirəm. Hər tərəfi ot -ələf basmış çığırla yan- yörəsindəki ağaclara, çiçəklərə salam verə-verə o səmtə gedirəm. Oraya yetişəndə evin yerində qalaqlanmış qapqara torpaqla qarşılaşıram. Qapqara qaralmış qara daşlara salam verib, əyilib sığal çəkdim.

 Bir ovuc qara torpağı qalmış bu evdə zamanında Qasım babaƏfruz nənənin sevgisi ilə 6 övlad böyümüşdü. Onlar Xocalının hörmətli ziyalıları Tibb Univeristetinin professoru Mübariz müəllim, Xocalının ilk həkimi Zahid Allahverdiyev, Eldənıniz Allahverdiyev qardaşları, Bakı Dövlət Univeristetinin Xocalıdan olan ilk qadın məzunu Ofelya xanım,  Türkmənistanda tibb bacısı ixtisasına yiyələnən Fənarə xanım və Xocalıdan olan ilk qadın həkim Yaqut xanım idilər.

 Yenidən  ətrafa boylanıram, dağıdılmış evlərin yerində birmərtəbəli evlər tikilib, istifadəyə hazır vəziyyətə gətirilir. Yolun obiri tərəfində bağ-baxçası gül-çiçəyə bürünən Əliş müəllimin evi yerli-dibli yoxdur. Bu evdə də Xocalının kinorejissoru Əlfi Şükürov, Xocalının o vaxtkı Təhsil şöbəsinin müdiri Murad Şükürov və bacıları Zərifə xanım böyümüşdü. Qonşuluqda isə Xocalı Özünümüdafiə batalyonun komandiri, AzərbaycanınMilli Qəhrəmanı, şəhid Tofiq Hüseynovun doğulub böyüdüyü evin yerində birmərtəbəli ev vardı. Soyqırım zamanı bu ailədən yalnız 1 nəfər – sabiq polis rəisi Akif Hüseynov sağ qalmışdı. İlahi, acılarla dolu nə qədər xatirələr var bu yerlərdə.      

 Kövrəlirəm, göz yaşlarım yanaqlarım aşağı yuvarlanır. Xəyal məni 32 əvvələ aparır. Al şəfəqli bir yaz səhəridir, anam bərk xəstələnmişdi. Neçə gündü ağır yatırdı. Bizim evimiz həkimgilin evinin yaxınlığındaydı. Bir də baxdım ki, onların həyətindəm. Gül üzlü Əfruz nənə alagöz inəyini oxğaya-oxşaya sağır. Qasım baba da həyət-bacanı sahmana salır, Zərifə müəllimə eyvanda səhər yeməyi hazırlayırdı. Yuxudan yenicə oyanmış balaca oğlanları Rəşadla Sirac gözlərini ovuşdura- ovuşdura analarının yanına qaçırlar . Salamlaşıb həkimi soruşuram. Sən demə, gecə həkimin ağır xəstəsi olduğundan dan yerisöküləndə evə qayıdıb. Xəyaldan ayrılıram.

 Eldəniz həkimlə söhbətimiz sevinclə kədər qarışıq hisslər üzərində köklənir.

-Xocalının azad olunduğu xəbərini eşidəndə hansı hisləri keçirdiniz?

-O hissləri sözə çevirmək çətindir, daha doğrusu heç mümkün deyil.

-Uşaqlığınız, gəncliyiniz Xocalıda keçib. Xocalısız bu illəri neçə yaşadınız?

-Heç yaşadım ki!? Xocalını hey yuxuda görürdüm. Ən gözəl günlərim orda qaldı.

-Orta məktəbi qızıl medalla bitirməli idiniz, amma deyilənə görə mane oldular

-Elədi Vilayət Təhsil Şöbəsi tərəfindən imkan verilmədi.

- Çünki vaxtlar Qarabağda rəhbər vəzifələrdə çalışanlar milliyyətçə ermənilər idi. 

-17 yaşlı bir gənc üçün yəqin ki, çətin idi. Ümidiniz qırılsa da ayaq üstə durmağı bacardız. Buna baxmayaraq,  elə həmin il Azərbaycan Tibb Univeristetinin Müalicə-profilaktika fakultəsinə qəbul olmaqla sübut etdiniz ki, Qızıl medalın sahibisizsiniz.

Bildiyimə görə kitablardan heç ayrılmırdınız, hey oxuyarmışsınız. , kitab oxumağı çox sevirdim. 9-10-cu siniflərdə oxuyanda dərsdən çıxan kimi Xankəndindəki Mərkəzi Kitabxanaya gedib saatlarla kitab oxuyardım. Kitab ən yaxın dostum sirdaşım idi. Kitablardan çox şey öyrəndim. Elə bilirəm dünyada kitab qoxusundan gözəl qoxu yoxdu. O qoxu üçün indi də vaxt tapan kimi kitabxanaya üz tuturam.

-Axı indi internet dövrüdür, kitab oxuyanlar azdı...

-Mən kitaba daha çox üstünlük verirəm. Kitab mənim üçün sanki canlı insandı. Orta məktəbdə oxuyanda yay tətilini demək olar ki Xankəndindəki Mərkəzi Kitabxanada keçirirdim. O vaxtlar İrəvandan Xankəndinə çoxlu erməni gənclər gəlirdi. Onlarla bizim aramızda tez-tez münaqişələr baş verirdi. Bizə sataşaraq tork (türk) demələri dava-dalaşa səbəb olurdu.

-İlk dəfə həkimlik fəaliyyətinə harada başladınız?

-Xankəndi şəhərinin Xanabad kəndinə baş həkim təyin olundum. Həmin kənd Xankəndindən çox da uzaq deyil. Amma ermənilər buna imkan vermədilər.Arbaycanlıları Təcili Yardım xəstəxanasına göndərirdilər. Mən də orda işə başladım.Oradan 1978-ci ildə azad olunaraq Əsgəran rayonuna baş həkim təyin olundum. Əsgəran rayonunun bütün kəndlərindəki xəstələrə mən baxırdım.

- Sənədləriniz arasında çoxlu sayda fəxri fərmanlar var.

-Çalışdığım müddətdə yaxşı işlədiyimə görə versələr də rayonun birinci katibi Vaçaqan Sankurov Qriqoryan məni heç sevmirdi. Amma həm onun. həm də Koçaryanın müalicə həkimiydim. Əsgəran rayonunda Poliklinika tikiləndə mənim baş həkim olmağıma elə birinci katib razılıq vermədi. Zori Balayanın 1983-cü ildə Qarabağda rəhbər vəzifələrdə çalışanlarla görüşündən sonra vəziyyət daha da pisləşdi. Hətta Vilayət Səhiyyə şöbəsinin müdiri Saakyan Aida Nersesovna nə  qədər təkid etsə birinci katibi yola gətirə bilmədi. Bir onun düşüncəsinə baxın, pust budet xuliqan no armenin. Rayonun baş həkimi türk kimi tarixə düşməməlidir, deyirdi. Sürücüsünə məni izlədirmiş . Mənimlə bir blokun 3-cü mərtəbəsində yaşayan əxlaqlız qadından istifadə edib adımı ləkələməkdən belə çəkinməmişdir. Amma  sayıqlığımla bütün bunları dəf etməyi bacardım. Hər şeyə bir don geydirirdilər. Buynuz şəklində qapımın cəftəsinə baxıb, “Türk bizə buynuz  göstərir –deyirmişlər.

 Artıq iş yerimi dəyişmək qəraqına gəldim.Vilayət Səhiyyə Şöbəsinə müraciət edərək, iş yerimi dəyişdim. Rayonun birinci katibi bundan bir həftə sonra xəbər tutmuşdu. Mənimlə münasibəti olan icrayyə komitəsinin sədri Koçaryanı çağırıb qəzəblənərək, “Bir baxın,türk bizdən həm ev aldı, həm də Partiyaya keçərək aradan səsiscə çıxa bildi”, deyib. Türklərə qarşı kin-küdurəti tükənməyən ermənlər mənə hey tələ qururdular. Xankəndindəki poliklinikada sahə həkimi işləyəndə oranın şöbə müdiri Sveta Ayrepetyanla aramızda münaqişə yarandı. Orda da məni milliyyətçilikdə günahlandırırdılar.

Aradan çox keçməmiş vilayət xəstəxanasının qəbul şöbəsinə müdir təyin olundum.

Qarabağ hadisələrinə cəmi 1 il qalmışdı. Yəni 1987-ci ilin sentyabrında Vilayət Səhiyyə Nəzarət Şöbəsinin müdiri  Qabrelyan türklərə qarşı nifrətini açıq şəkildə bildirərək dedi:Biz günahkarıq. Bir türk planlı şəkildə təcili və məsləhətxana şöbəsinə müdir təyin olunur.

-Qarabağ hadisələri başlayandan 1 il sonra, yəni 1989-cu ilin yanvarın 24-də Azərbaycan Respublikasının Səhiyyə naziri Tələt Qasımovun  əmri il Şuşaya göndərildim. Orda təcili yardımda baş həkim işlədim. Bir hadisəni hələ də unuda bilmirəm. Xankəndində gecə növbəsindəydim. Bir də gördüm ki, dəhlizdə xəstələr hay həşir qoparıblar. Öyrəndim ki, xəstələrə deyiblər ki, guya Ağdamdan sizi öldürməyə gəliblər. Onları bir təhərlə sakitləşdirdim ki belə birşey ola bilməz. Olsa qarşısına mən çıxacam əmin olun. Belə təxribatları saymaqla bitməzdi. 1990-cı ilin iyulunda Səhiyyə Nazirliyinin göstərişi ilə Xocalıda tikilməkdə olan xəstəxanaya baş həkim təyin olundum.

-Yaxşı yadımdadır, Xocalıda anestezioloq olmadan xəstəni əməlyyat etdiniz. Bəs xəstəni itirməkdən qorxmadınız

-Çox riskli əməliyyat idi. Xocalı sakini Qanboy Həsənov güllə yarasından ağır yaralanmışdı. Bakıya aparmaq mümkün deyildi. Xocalıdan Bakıya həmin vaxt nə vertalyot, də təyyarə uçmurdu. Xəstəni əməliyyat etməsəydikitirə bilərdik. Əməliyyatı Bakıdan gələn həkim Naim Əlikişibəyovla həyata keçirdik. Qarın boşluğunu cırıb qanaxmanı dayandırmalı idik. Güllə mədənin ön və arxa divarlarını deşib çıxmışdı.Ona görə daxili qan axmanı dayandırmalı idik. Anestezioloq olmadan ağrıkəsicilərlə bu əməliyyatı edə bidik. Xoşbəxtlikdən əməliyyat uğurlu keçdi. Xəstəni sistem altında bir neçə gündən sonra Bakıya çatdırdıq. İkinci əməliyyat Bakıda olmalıydı, oldu da, həyata qayıtdı.

 Bakıdan Xocalıya getməyə dəfələrlə cəhd etsəm də o ərəfədə qayıda bilmədim, damda qaldım. O vaxtkı Səhiyyə naziri Rəhim Hüseynovdan həkim briqadası almaq üçün günlərlə nazirliyə ayaq döydüm. Sonda nazir bildirdi ki bizdə hərbi sanitar vertalyot yoxdu. Ağdamda Bakıdan ezam olunmuş cərahiyyə briqadası var, götürüb gedərsinizXocalıya. Əlacsız qaldım. Bakıdan vertalyotla  Xocalıya qayıtmaq üçün Ağdama gəldm. Günlərlə Ağdamda vertalyot gözləsəm də  Xocalıya vertalyot uçmadı. Bir gün Ağdam hava limanında Azərbaycanın Milli Qəhrəmanı, şəhid Əlif Hacıyevi gördüm. Məndən ağrıkəsici dərman istədi, ardınca da dedi ki, Xocalıya uçacağıq, orda döyüşçülər başsız qalıb, 5-6 nəfər silahlı döyüşçülərim silah-sursat aparmalıyıq. Onlar vertalyotla Xocalıya uçdular, mən yenə qaldım. Sonralar Gəncədən Xocalıya uçmaq üçün bizə vertalyot verdilər. Ağdamdakı həkim briqadası ilə Xocalıya uçmalıydıq. Amma həkim briqadasını götürməyə macal tapmadıq. Mən bir neçə silahlı döyüşçü həmyerlilərimlə Xocalıya uçduq. Əsgəranın üstündən keçən zaman pilotlara xəbər verdilər ki, geri qayıdın, sizi vuracaqlar. Vertalyot geri döndü. Aradan bir neçə gün keçdikdən sonra Xocalı soyqrımı baş verdi. Mən yaxınlarımı itirsəm də Xocalıya qayıtmaq ümidimi itirməmişdim.

 1993-cü ildə Müdafiə Nazirliyinin Mərkəzi  rbi Hospitala müracət etdim ki, yaralıhərbçilərimizə xidmət etmək istəyirəm. General rütbəli Abdullayev bildirdi ki  sənin Xocalıdakı əziyyətin haqqında məlumatım var. İşə qəbul olunmağın üçün köməklik edəcəyəm, amma imtahan komisiyasından keçməlisən. Mən yenidən hazırlaşaraq imtahan verdim. İmtahanda keçərək, işə qəbul olundum. Evaukasiya şöbəsində həkimlik fəaliyyətinə başladım. Orda 2 il çalışdım. 1995-ci ildən Daxili İşlər Nazirliyində çalışdım. Hazırda təqaütdəyəm.

 Onu da qeyd edim ki, Qarabağ hadisələri başlayanda Xocalı blokadada idi, onda   çox əziyyət çəkdim. Səhiyyə nazirliyinə əməyimə qiymət verilməsi üçün müraciət etmişdim.Sağolsunlar, əməyimə yüksək qiymət verildi. 1992-cilin aprelin 2-də dövlət başçısı tərəfindən mənə Azərbaycan Respublikasının Əməkdar həkimi fəxri adı verilib.

 Eldəniz həkimin çox titulları var, amma bunları dilə gətirmədi. Bu onun böyüklüyündən,böyük ürək sahibi olmasından irəli gəlirdi.

-Xocalıdakı eviniziin dağılması xəbərini eşidəndə yəqin bərk sarsıldınız eləmi?

-Sarsılsamda Xocalıdakı dağılıb yerində bir ovuc torpaq qalmış evim mənə çox əzizdir doğmadır...

-Xocalı... bu 3 hecalı sözdə o qədər hikmət var ki, onu sözlə ifadə etmək olmur. Uzaqlara baxır, məncə o, uzaqlarda Xocalını Xocalıdakı evini görür həkim...

 Xocalılar isə  həkim  sözü eşidəndə yalnız Eldəniz həkimi xatırlayır və sevirlər. Uzun və şərəfli bir yol keçdi  Eldəniz həkim Xocalının ilk həkimi oldu. ən ağır xəstəliklərə düçar olmuş xəstələrə yeni bir həyat verdi. Xocalıda yalnız bir tibb mıntəqəsi vardı orda da  təcrübəli feldşer İlyas Abışov və tibbbacıları Ayulduz Abışova Hürü xanım   dazəhmətləri danılmazdır. Eldəniz həkimi isə yeni bir abı hava gətirdi Xocalıya Sizə olan sevgi heç vaxt tükənməsin həkim...

 Səriyyə MÜSLÜMQIZI

 

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN