Bu səhər onların 32 illik Şuşa arzusu çin olmaqdan başqa, həm də Şuşa həsrətinə son qoyuldu...
Dövlət Qaçqınkom- dan "Təzadlar"a bildirilib ki, bu gün Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb. Sitat: "Belə ki, Bakı şəhərindən və Abşeron rayonundan köçürülən 19 ailə (72 nəfər) Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından yola salınıb. Tərtər və Ağcabədi rayonlarından da hərəsində 1 ailə olmaqla köçün yola salınaraq Ağdamda karvana qoşulması nəzərdə tutulub. Bu dəfəki köç zamanı ümumilikdə 79 nəfərdən ibarət 21 ailə doğma yurdlarına qayıdır...".
Qeyd edək ki, bu gün həyata keçirilən köç də nəzərə alınmaqla Şuşa şəhərinə cəmi 147 ailə (570 nəfər) köçürülüb.
Yurda qayıdışımız əbədi olsun!
Yasəmən MƏMMƏDLİ